Hekayət (Yoxdu bir kəsdə ki, sücud ilə cud)
Yoxdu bir kəsdə ki, sücud ilə cud,Yaxşıdır ki, ədəm ola o vücud.Şərəfi-mərd cudü taətdir,Mayeyi-fəzl bil itaətdir.Sədi, ol köhnə bülbüli-bustan,Öz kitabında böylə etdi bəyan –Ki, mənə bir cavan düçar oldu,Bir əcəb halət aşikar oldu.O cavan sürət ilə idi rəvan,Bir quzuydu dalınca səxt dəvan.Mən dedim: – Ey rüunətə haris,Rismandır bu halətə bais.Tövqini açdı ol niku adab,Yüyürüb sağü sola qıldı şitab.Bəs olurdu quzu dalınca rəvan,Dedi kim, ey səramədi-dövran,Sanma bu meyli-risiman ilədir,Bəlkə ehsani-bigiran ilədir.Bəs ki məndən görübdü ehsanlar,Lütfü bəxşayişi-firavanlar.Gah cov, gah xəvid, gahi ab,Etmişəm hər zaman onu sirab.Var mənə bəs ki meyli-pünhani,Məndən ayrılsa, san çıxar cani.Seyyida, nəqslər təmam oldu,Vəhşi ehsanı gördü ram oldu.Olma heyvani-bizəbandan kəm,Sənə lütf etdi rəbb lövhü qələm.Səni qıldı zəmanə sultanı,Bəxş edib neməti-firavanı.Sənə qıldı müsəxxər əflakı,Başuva qoydu taci-lövlakı.Çar madərlə qıldı həft pədər,İzdivac oldu üç yeganə pəsər.Oldu ey rəmzi-əlləməl-Quran,Üç məvalidin əşrəfi insan.Səndən ötrü yarandı ərzü səma,
**Şənüvə nazil oldu “Kərrəmna”.Qədrüvü bil ki, gör nə valasən,Əsli-məqsudi-həq-təalasən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hekayet-yoxdu-bir-kesde-ki-sucud-ile-cud
Use ← → keys to move, R for a random poem
More by this author
Aldım ələ peymanə, təvəkkültü ələllah!Oldum genə rindanə, təvəkkültü ələllah!
Dolanım başuva, ey nazlıca yarım, bəri baxDolanım başuva, ey nazlıca yarım, bəri bax,İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
Dün dolandım başına, söylədi pərvanədi buDün dolandım başına, söylədi pərvanədi bu,Zülfün aldım əlimə, güldü ki, divanədi bu.
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Tutma əldə zahidin təsbihini, peymanə tut.