İtlə pişiyin söhbəti
Bir pişiyə it dedi: – Ey bihəya,Evdə edirsən gecə-gündüz səfa.Süfrə kənarında yeyirsən təam,Kürsülər üstündə tutursan məqam,Eylə yeyirsən gecələr aş sən,Sübh yeyirsən yenə bozbaş sən.Sən nə səbəb böylə əziz olmusan,Kim eləyib hökm təmiz olmusan?Söylə, ağayə nə olub xidmətin,Vacib olubdur bu qədər hörmətin?Eyləyirəm sübhə kimi mən fəğan,Dövlətü malə oluram pasiban.Mən çəkirəm sübh olunca keşik,Hərgiz itə tay deyildir pişik.Çox gecə var ki, yatıram ac mən,Dərd ilə bir löqməyə möhtac mən.Getməyirəm özgə yerə nan üçün,Səbr edirəm möhnəti-pünhan üçün.Gərçi ağa döysə məni, qaçmaram,Hər yetənə dərdi-dilim açmaram.Muşqura hərgah, bularam quyruğu,Ta ki ağanın nə ola buyruğu.Cümlə cahan mərdümü, ey bədəməl,Etdi vəfadə məni zərbül-məsəl.İndi bəyan eylə mənə halını,Ta ki bilim surəti-əhvalını,Gör pişiyi kim, itə verdi cavab,Söylədi: – Həqdir bu itabü xitab.Hər nə dedin həqqdü, yoxdur xilaf,Sözlərüvün biri deyildir kəzaf.Leyk sənə qoy eləyim mən bəyan,Surəti-əhvalını, ey bağrı qan.Halüvə ol indi xəbərdar sən,Bil nə səbəbdən belə murdarsən.Xeyr işə mənnasən, ey bülhəvəs,İstəməsən xeyr apara hiç kəs.Gər gəlibən sail edə nan tələb,Sən eləyirsən ona qəhrü qəzəb.Damənini parə qılırsan onun,Sən gününü qarə qılırsan onun.Versə xanım sailə bir parça nanQeyzlə canın çıxar, ey bədgüman.Cümlə bu aləm başına dar olur,Rövşən olan dəhr sənə tar olur.Maneyi-xeyr olma dəxi, Seyyida,Qoy qapıdan xeyr aparsın gəda.İt kimi tutma dəxi damanını,Rahət elə əhli-tələb canını.Mane olan xeyr işə bədzatdır,Ayə ilə bicliyi isbatdır.Həqq ona mötəl buyurub, həm zənim,Şahidi-göftar “ütüllün zənim”.Kimsə ki, bir xeyr işə mənna ola,Dəyməz onun varlığı bir pula.Çoxdu hədis ilə bu əmrə dəlil,Abid ola cənnətə getməz bəxil.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-itle-pisiyin-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Kim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.
Şivəsi gah qəzəb, gəh rəvişi naz olsunŞivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədinCəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.
İstərsən əgər, ey dili-şeyda, fərəh olsunİstərsən əgər, ey dili-şeyda, fərəh olsun,İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Poems by other poets
Göydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,
Qızıl və gümüşİnsan dərə keçib, dağ gəzə-gəzə,Can qoyur tapınca hər qəniməti.
Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzməSaqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə
NişanasıDuman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,