Münqəlib oldu həvadislə məni-zarə mizac
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Münqəlib oldu həvadislə məni-zarə mizac,Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!
Rövşən et xanəmizi bir gecə təşrifinlə,Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.
Abi-Kövsər ləbi-şirininə nisbət, guyaBiridir əzbi-Fəratü biridir milhi-Ücac.
Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin?Etməsin tarı sənə kafəri, ya rəb, möhtac!
Şəm pərvanəni yandırmaz idi, amma sənYandırıb aşiqi, etdin bunu aləmdə rəvac.
Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün,Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac.
Maqta — the closing couplet bearing the poet’s pen name. Daneyi-gəndümi-xalinə təmə eyləmə kim,Seyyida, cənnəti-kuyindən edərlər ixrac.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-munqelib-oldu-hevadisle-meni-zare-mizac
Use ← → keys to move, R for a random poem
More by this author
Badi-səba şüküftə edər gərçi gülləri,Həmmam camədən çıxarır bu gözəlləri.
Axiri-dəhr nə mümkündü fənadən qeyriAxiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,
Derlər ki, xəlq üç yüz ili Adəm ağladıDerlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.
Poems by other poets · Love
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,