Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi.Ələ al sən əyaği-badəni eylə kərəm, saqi.

Nə oldu böylə kim, indi zəlili-ruzigar oldum,Məni piri-müğan saxlardı daim möhtərəm, saqi.

Bilurin sağəri ləbriz qıl xurşidi-səhbadən –Ki, bizdən razı olsun xatiri-Cəmşid-Cəm, saqi.

Xəyali-taqi-əbruyi-kəci-mehrab-mislinlə,Əlif tək qamətim keysulərin tək oldu xəm, saqi.

Dəhani-yar fikrilə yox oldu cümleyi-varım,Vücudum oldu, gör bir nöqtə eşqində ədəm, saqi.

Behişti verdi Adəm danəyə, mən daneyi-xalə,Olum qoy xaluva qurban özüm mən, həm dədəm, saqi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Tutulmuş qönçə tək hicrində qəmdən xatiri-Seyyid,Səri-minanı aç, xatirdən eylə dəfi-qəm, saqi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love