Ta kuyi-yardə özümə mənzil etmişəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta kuyi-yardə özümə mənzil etmişəm,Asan ikən özüm işimi müşkül etmişəm.
Bir qətrə qan oğurlamışam tiği-yardən,Sinəmdə vermişəm yer, adın mən dil etmişəm.
Verdim qəmində xirməni-ömrümü badə mən,Pərvanə tək o xalını mən hasil etmişəm.
Dün gecə şürbi-badəni mən tövbə eylədim,Saqi, bağışla, səndən işi qafil etmişəm.
Zülfi-siyahi-yar xəyalilə, zahida,Təsbih qəsdinə özümü mail etmişəm.
Sərməstlikdə söyləmişəm mey həramdır,Hökmi-xətadı bu, əməli-batil etmişəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, cahanda kəsrəq ilə yox rücumuzKim, bəhri-vəhdətə özümü vasil etmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ta-kuyi-yarde-ozume-menzil-etmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün oldu səvar şiri-xuda,Bir qəzavətçün ol şəhi-vala.
Münəccimin hekayəsi (Var idi bir münəccimi-əyyam)Var idi bir münəccimi-əyyam,Ona Pərviz edərdi çox ikram.
Oğluma nəsihət (Əgər olsaydı əql ilə dövlət)Əgər olsaydı əql ilə dövlət,Olan əqli tapardı bəs izzət.
Çoban əhvalatı (Nagahan şəhrə gəldi bir çoban)Nagahan şəhrə gəldi bir çoban,Gəzdi bazari haimü heyran.
Poems by other poets · Love
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
Su verSallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Eşqin bayrağından elə tutmuşamEşqin bayrağından elə tutmuşam,Sanki məhəbbətin bayraqdarıyam.