Vardı bir mərdi-sahibi-rövnəq,Tacir idi və leyk çox əhməq.Açmış idi füruş üçün dükkan,Vardı bir cüft onda ənfiyədan –Ki, haman zərflər tiladən idi,Nə tila, zərri-pürbəhadən idi.Bir yəhudi ki, düzd idi, əyyar,Rubəhi-nər misalı hiylətkar.Gəldi dükkan-ara o pürhiylət,Sordu kim, bunlara nədir qiymət?Dedi kim, qiymətin deyim sənə düz,Bu biri yüz manatdır, ol iki yüz.O yəhudi bu qiymətə bitdi,Yüz manatlıq qabı alıb getdi.Keçdi bu qissədən neçə saət,O yəhudi yenə qılıb ricət,İstədi ondan ol qalan qabı.Gör nə təzvir edir o qüllabı?Dedi ki, yüz manat çatıb sənə düz,Bu da öz qabın, oldu bu iki yüz.Çatdı çün iki yüz manat bu dəm,Ol biri qabı bəs dur eylə kərəm.Sandı yoxdur bu əmrdə nöqsan,Verdi ol qabı taciri-nadan.Aldı ondan yəhudi zərfi-zəri,Elə getdi ki, yox hələ xəbəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets