Çindiyar söylənci
Qardaşlaşıb Çindiyarla Mindiyar,
Doğma kimi bax hər yandan qonşuna.
Iki böyük ölkə durur yan-yana,
Doğma kimi bax hər yandan qonşuna.
Qalıb Çinçay vuruşları arxada.
Baxır barış bayraqları ucadan,
Bir olublar sanki ata-anadan,
Doğma kimi bax hər yandan qonşuna.
Baş qapılar hərelliyə açıqdır,
Onlar ancaq yaraqlıya qoruqdur,
Başev gözəl, doğma ancaq soyuqdur,
Doğma kimi bax hər yandan qonşuna.
Oturubdur yerdə Xaqan başbaşı,
O çox gəncdir, olar onun qırx yaşı,
Onun ilə Minbaşılar yanaşı,
Doğma kimi bax hər yandan qonşuna.
Hər yan mərmər döşənəkli dirəkdir,
Sallanmalar yeddi boya ipəkdir,
İç, çöl güldür, göz oxşayan çiçəkdir,
Qalxıb enən qu yelpiclər lələkdir,
Doğma kimi bax hər yandan qonşuna.
Boğuq səsdə çalqıçılar çalırlar,
Oynar qızlar, könül verib alırlar,
Oturanlar baxıb susqun qalıblar,
Doğma kimi bax hər yandan qonşuna.
Sayınlıqla qarşılanır, üç qonaq,
Gülür üzə göz aydınlıq, təmtəraq,
Baxışlarda parıldayır bax-maraq,
Doğma kimi bax hər yandan qonşuna.
Ağüz deyir:- böyük Xaqan sağ olsun,
Çindiyarda olan qalan sağ olsun,
Yaman getsin, barış, aman sağ olsun,
Doğman kimi bax dörd yandan qonşuna.
O danışır, say-sayınlıq gözlənir,
Gün aydınlıq, göz aydınlıq səslənir,
Qonaqlara yüksək qayğı bəslənir,
Doğman kimi bax dörd yandan qonşuna.
Xaqan deyir: – Biz qardaşıq, doğmayıq.
Göydən yerdən gələn, düşən yığmayıq,
Bir tanrıdan, bir torpaqdan çıxmayıq,
Doğman kimi bax dörd yandan qonşuna.
Mindiyarın qarayağı, göy daşı,
Gülər üzü, qayğısıyla yanaşı,
Sizdən çox çox say-soy görüb başbaşı,
Doğman kimi bax dörd yandan qonşuna.
Minel yaydı doğu yerə ipəyi,
İpək oldu Çinellinin çörəyi,
Birdir bizim iki elin ürəyi,
Doğman kimi bax dörd yandan qonşuna.
Eşitdik ki, olub Muğel, Muğdiyar,
Dəyişilib orda başçı olanlar,
Aralığa qarışıqlıq salanlar,
Doğman kimi bax dörd yandan qonşuna.
Ağüz dedi: – Dəyişilib başbaşı,
Yerinc olub mənim kiçik qardaşım,
Gücdəbirə yerinc olmaq yaraşır,
Doğman kimi bax dörd yandan qonşuna.
Gücdəbirə baxır Xaqan baş əyir,
Diz üstündə dikələrək Gücdəbir,
Baş əyərək gənc Xaqana o deyir:
Doğman kimi bax dörd yandan qonşuna.
– Gücdəbirəm, Muğdiyarın yerinci,
Bu baş evə sığınmayır sevincim,
Biz barışda olacağıq birinci,
Olmayacaq daha ara gilinci,
Əkdiyini biçəcəkdir əkinçi,
Doğman kimi bax dörd yandan qonşuna.
Böyük Xaqan, siz inanız bu sözə,
Oturacaq yenə ellər diz-dizə,
Alver artar biz də çıxsaq dənizə,
Düyü verin, ilxı verək biz sizə,
Doğman kimi bax dörd yandan qonşuna.
Görüşdülər, danışdılar, durdular,
Çox düyünlər tez açılır görüşdə.
Düşdü işə alver, yol ver, izin ver,
Çox düyünlər tez açılır görüşdə.
Yaxınlaşdı iki ölkə bir az da,
Pay götürdü hər az-çoxdan, çox-azdan,
Dəri gəldi, pambıq, göy daş Çinelə,
Əkbitəndən, Muğdan, qoşa boğazdan,
Çox düyünlər tez açılır görüşdə.
Biz əzəldən bir olmuşuq deyirlər,
Çox üzbəüz qoyulmuşuq deyirlər,
İndi-indi ayılmışıq deyirlər,
Çox düyünlər tez açılır görüşdə.
Nə durubsan matdım-matdım baxırsan,
Öp qonşunu, niyə belə ağırsan,
Qonşu gələr ilk yardıma, çağırsan,
Çox düyünlər tez açılır görüşdə.
Kimə gərək, yığışılsın bənd-bərə,
Qardaş desin qonşusuna qoy hərə,
Kəsi ollam qadaşlaşan ellərə,
Gözü açıq, gözü qıyıq ellərə,
Çox düyünlər tez açılır görüşdə.
Qıtlıq keçdi, artdı sürü, artdı var,
Qardaşlaşdı Minel, Çinçay, Mindiyar,
Yaxınlaşdı bir-birinə uzaqlar,
Çox düyünlər tez açılır görüşdə.
Yerincyerdə bərk oturdu Gücdəbir,
Yanıq olur gözü yolda qalanlar.
Turpar, Besyar gözləyirdi atanı,
Qopuq olur gözü yolda qalanlar.
Yazı yazdı, yola saldı Besyara,
Yazdı, »Gələ bilsən gəl Muğdiyara,
Ərən kimi min mən minən çapara,
Tapşır evi, ev-eşiyi Turpara,
Tutuq olur gözü yolda qalanlar.
Beş il çəkdi qıtlıq ilə üzdurma,
Buğda, arpa, mərci əkib artırma,
Otlaqları quyularla suvarma,
Qıvraq olur gözü yolda qalanlar.
Sürü, naxır, ilxı artdı düzlərdə,
Getdi aclıq sarılığı üzlərdən,
Gülümsədi toxluq, bolluq gözlərdə,
Yapıq olur gözü yolda qalanlar.
Yola düşdü Əkbitənə ilxılar,
Artdı işdə- gücdə sapma- sayğılar,
Körpələrə, qocalara qayğılar,
Ayıq olur gözü yolda qalanlar.
Alpis yaman qorxdu yeni qurqudan,
At istədi Gücdəbirdən yuxuda,
At götürdü, qaçdı getdi qorxudan,
Gündən –günə say-say artan ilxıdan,
Gücdəbirdə gərginləşən duyğudan,
Duyuq olur gözü yolda qalanlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-cindiyar-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Utan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanəFərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə.
İnqilab yurduDedilər hər sabah, hər axşam yenəBaxırsan yollara həsrətli gözlə...
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,