Daryaş getdi Misirelə, qayıtdı,Çox söykənmə gülümsəyən yardıma.Eşitdi ki, Çatan orda başçıdır.Çox söykənmə gülümsəyən yardıma.

Alov eldən, Həbəşeldən keçdi o,Hər ölçünü öz boyuyla biçdi o,Tunqa qarşı yeni bir yol seçdi o,Çox söykənmə gülümsəyən yardıma.Dedi: – Hələ çox çəkəcək bu oyun,Qonaq getdim, gizli tutum yolumu,Ağılayım yeməyini toplumun,Çox söykənmə gülümsəyən yardıma.

Sonra çıxım bunu Turpar adına,Salım onu Tunqun sınaq oduna,Qan ələyim Əkbitənin yurduna,Çox söykənmə gülümsəyən yardıma.

Deyim, ona mən tapşırdım bu işi,Kəsi etdim məndən qaçan çəpişi,Qızışdırım yenə çəkiş-bərkişi,Çox söykənmə gülümsəyən yardıma.

Dəysin yerə min-min uzun qulaqlı,Nə edəcək ağılanmış yaraqlı,Bir yandan da qirar qıtlıq, quraqlıq,Çox söykənmə gülümsəyən yardıma.

Əkbitəni allam, çapıb soyaram,Turparı da ora yerinc qoyaram,Şahlığımı Mindiyara yayaram,Çox söykənmə gülümsəyən yardıma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets