Qız toplumu meşəlikdə busurdu,
Min yaraqlı gizlənmişdi susurdu,
Hamı durub səsə qulaq asırdı,
Qılınc, qalxan vuruşması döyüşdür.

Bu, döyüş yox, basqın idi deyəsən,
Qılınc qalxan toqquşması döyüşdür.
Yerincliyi tutmaq hələ döyüş yox,
Qılınc qalxan toqquşması döyüşdür.

Kumar oxla daldan vurdu Tunqəri,
Aşdı bu an Çilçilatın yəhəri,
Yatdı yerə Yerincliyin çəpəri,
Qılınc qalxan vuruşması döyüşdür.
Qılınc çəkib Daryaş çıxdı qabağa,
Dedi: Tunqər, əl at indi yarağa,
Tunq da düşüb atdan endi torpağa,
Qılınc qalxan vuruşması döyüşdür.

Qılınc qalxdı, bunu Daryaş bilmədi,
Qılınc endi, o yıxıldı, ölmədi,
Kumar qorxdu, çox qabağa gəlmədi,
Qılınc qalxan vuruşması döyüşdür.

Tunqər döndü, ona bərkdən qabardı,
– Sənin adın, mən biləni Kumardır,
Burda ox yox, iti qılınc basardır,
Qılınc qalxan vuruşması döyüşdür.

Qılınc qalxdı, qılınc endi aşağa,
“Vay “ deyərək Kumar düşdü torpağa,
Daryaş daha əl atmadı yarağa,
Qılınc qalxan vuruşması döyüşdür.

Balaqlılar Tunqər üstə cumdular,
Qılınc dəydi, qan oldular , damdılar,
Yüzü öldü, ağız açıb yumdular,
Qılınc qalxan vuruşması döyüşdür.

Dağdan enən yaraqlılar yürüşdə,
Qız toplumu nərildədi döyüşdə,
Qılınc tutan ağ əlləri gümüşdən,
Qılınc qalxan vuruşması döyüşdür.

Balaqlılar qaça-qaça söyürdü,
Parsellilər hindellini döyürdü,
“Tunqər” deyib hamı onu öyürdü,
Qılınc qalxan vuruşması döyüşdür.


Yaralıydı Kumar tutuq düşəndə,
Toplum çökür tutuq düşsə minbaşı.
Saxlanıldı o, tavansız dustaqda,
Toplum çökür tutuq düşsə minbaşı.
Dustaqlandı o hay-küydən uzaqda,
Manayqızın saxlandığı dustaqda,
İplə qat-qat sarılmışdı bucaqda,
Toplum çökür tutuq düşsə minbaşı.

Kumar dedi: – Mən yanlış yol tutmuşam,
Toplumumu satqınlara satmışam,
Tunqun ağır qılıncını dadmışam,
Toplum çökür tutuq düşsə minbaşı.

Yalvarıram tutuq kimi sat məni,
Öldür, apar qurda-quşa at məni,
İpə sarı, öz ardınca dart məni,
Toplum çökür tutuq düşsə minbaşı.

Ancaq məni sən qaytarma Hindelə,
Saxla elə dustaqlıqda, bax, belə,
Qoyma danlaq çoxluğunda mən öləm,
Toplum çökür tutuq düşsə minbaşı.

– Sən haradan tanıyırdın Daryaşı,
Deyir, odur mənim ögey qardaşım,
Ancaq sənə heç oxşamır göz-qaşı,
Toplum çökür tutuq düşsə minbaşı.

– Düzdür, mən də bunlardanam, mən yazıq,
Min il qabaq bunlar köçdü, biz qaldıq,
Min il bizi ayırmışdır ayrılıq,
Toplum çökür tutuq düşsə minbaşı.

Dedim, mənə doğmadırlar, amandır,
Ayrılıblar yurdlarından haçandır,
Pislik ötər, yaxşılıqsa qalandır,
Nə bileydim bunlar quduz qabandır,
Toplum çökür tutuq düşsə minbaşı.

Gəldim, gördüm, dolanışıq yaxşıdır,
Qudurmuşlar yaxşılığa qarşıdır,
Başçıları düşüncədən naşıdır,
Toplum çökür tutuq düşsə minbaşı.
Tunq Kumarın sözlərinə inandı,
İnanmaq yox, inandırmaq çətindir.
Onu alıb qoydu orda onbaşı,
İnanmaq yox, inandırmaq çətindir.

Dedi, olsun “baş” özündən özünə,
Dedi, hamı baxsın onun sözünə,
Dedi, düşsün qoy işlərin izinə,
İnanmaq yox, inandırmaq çətindir.

Kumar yerinc işlərinə qatıldı,
Çoxu dedi, o, Tunqərə satıldı,
Qara qaşlar düyünləndi, çatıldı,
İnanmaq yox, inandırmaq çətindir.

Tunqər bunu acığından elədi,
Çoxlarının kal içini bellədi,
Hellənmişi yuvasına hellədi,
İnanmaq yox, inandırmaq çətindir.

Ancaq Kumar Tunqu gördü, vuruldu,
Bulanmışdı, inanc tapdı, duruldu,
Mindiyarda inanc üstə quruldu,
İnanmaq yox, inandırmaq çətindir.

Bu bicləmə nədir, vuruş, barışıq,
Aldatmaqla aldanmaqdır, qarışıq,
Çox da bunu anlamırdı onbaşı,
İnanmaq yox, inandırmaq çətindir.

Çuqçubaşı dönüb gəldi Parselə,
Dedi, getdim, tutuq oldum Hindelə,
Yiyələndim ancaq orda çox dilə,
İnanmaq yox, inandırmaq çətindir.

Öz yerinə gizli qoydu Tunq onu,
O artırdı yaraqlının sayını,
Bunla bitdi Daryaş-Kumar oyunu,
İnanmaq yox, inandırmaq çətindir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets