Daryaşın Hindelə getməsi söylənci
Yol almışdı yoldaşlığa Daryaş da,
Son tutacaq, əltut yeri uludur,
O Hindelə yollanmışdı bir aydı,
Son tutacaq, əltyt yeri uludur.
Daryaş adlı döyüşərdi,güləşər,
Yoxdu onda geridönmə, dönüşlər,
Bir sınaqdı ona, qanlı döyüşlər,
Son tutacaq, əltut yeri uludur.
Kumar idi minbaşısı Hindelin,
Adlı-sanlı bir əri var hər elin,
Bir açarı, bir dili var hər dilin,
Son tutacaq, əltut yeri uludur.
Kumar ağır, kök, gödəkboy, qaraşın,
Tanıyırdı on yaşından Daryaşa,
– Sənsən yerinc -dedi ona minbaşı,
Son tutacaq, əltut yeri uludur.
Görüşdülər bağ evində Kumarın,
Açıq idi qapıları komanın,
Gül-çiçəkdi bu komanın hər yanı,
Son tutacaq, əltut yeri uludur.
Ha vaxt gəlsən bura sənin komandır,
Mənim evim sənin doğma daxmandır,
Doğmalarım dib daşındır, doğmandır,
Son tutacaq, əltut yeri uludur.
Mən də burdan köçüb gedən eldənəm,
Siz aparan, siz danışan dildənəm,
Çətin sizdən ya ayrılam,ya dönəm,
Son tutacaq, əltut yeri uludur.
Daryaş dedi: – Mən tutuğam bu yaşda,
Öyünürəm sənin kimi qardaşla,
Yardım elə, deyim elə bu başdan,
Son tutacaq, əltut yeri uludur.
Vergi bizi talayıbdır, soyubdur,
El olmaqdan ellərimiz doyubdur,
Turq indi də Tunqu yerinc qoyubdur,
Son tutacaq, əltut yeri uludur.
Bizə yaraq çox yaxşıdır komadan.
Yaraq göndər, qoru bizi arxadan.
Yaraq yaxşı, arxa yaxşı doğmadan,
Son tutacaq, əltut yeri uludur.
Kumar getdi minminbaşı yanına,
Minbaşıdan minminbaşı böyükdür.
Dedi: – Başcım, Parsel yardım diləyir,
Minbaşıdan minminbaşı böyükdür.
Soldu onun dolu, titrək yanağı,
Gümüşdəndi başındakı dolağı,
Qızıldandı göz oxşayan yarağı,
Minbaşıdan minminbaşı böyükdür.
Dedi: – Qoşul özün ona, yola düş.
Gizli yerdə başçıları gör, göreş,
Nə istəyir Parsellilər, bir soruş,
Minbaşıdan minminbaşı böyükdür.
Bax, gör, öyrən, dedikləri düz olsa,
Götür apar yaraqlını, nə varsa,
Sən güləşər, sən döyüşkən caparsan,
Minbaşıdan minminbaşı böyükdür.
Güc gələrsən onlara mən biləni,
Sən birləşdir bizə çılqın parseli,
Xaqan bizə yardım edər beşəlli,
Minbaşıdan minminbaşı böyükdür.
Kumar gəldi, Daryaş döndü yaraqlı,
Hindellilər ayaqyalın, balaqlı,
Bizuc, qılınc, yay, ox, dəmir tutaqlı,
Minbaşıdan minminbaşı böyükdür.
Dağ dalında gilləndilər iki ay,
Nə bir hay-küy eşidildi, nə haray,
Könüllülər artdı oldu bir alay,
Minbaşıdan minminbaşı böyükdür.
Tunqər bunu bildi, üzə vurmadı,
Sıraları bərkişdirdi, durmadı,
Çuqçuları tərpətmədi, yormadı,
Minbaşıdan minminbaşı böyükdür.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-daryasin-hindele-getmesi-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Daryaş getdi Misirelə, qayıtdı,Çox söykənmə gülümsəyən yardıma.
Bulaqbaşı söylənciBir gün Turpar getdi bulaq başına,Bulaq başı gizli görüş yeridir.
Daryaşın sevgi söylənciAlpis gəldi Parsdiyara bir günə,Bir yol sevər sevə bilsə qız, oğlan.
Dəmirqızla Daryaş söylənciDuzdağ elin toplumları yürüşdə,Yer dəyişmə yaranışda yasadır.
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Bu dünya görüş yerimizmişBu dünya görüş yerimizmişhəyat dediyimizlə.
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsünSöylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.