İşdayağa soraq çatdı Xançudan.
Çinellilər hindellilər birləşib.
Minellilər şahlığını yıxmaqa
Çinellilər hindellilər birləşib.

Deyirlər ki, qoçalıbdır İşdayaq,
Min il dilibağlı qalıb bu torpaq,
Qala bilməz öc-ödənclər bu sayaq,
Çinellilər hindellilər birləşib.

Yürüş edib İşdayağı yıxarıq.
Köləlikdən, asılqadan çıxarıq.
Minellini ölkə-ölkə yaxarıq
Çinellilər, hindellilər birləşib.


Bu yürüşdə Arı xaqan başçıdır,
İki üzü olmur bezin geyimdə.
Sarı xaqan, Arı xaqan bir üzdür.
İki üzü olmur bezin geyimdə.

Xaqan Düzər qabağında basıldı,
Yüz il qabaq ona sonev qazıldı,
Şahlıq Düzər minelliyə yazıldı,
İki üzü olmur bezib geyimdə.

İndi qalxıb Arı xaqan şellənir,
Toyuq kimi soyuq küldə küllənir,
Döşü üstə saç-saqqalı yellənir,
İki üzü olmur bezin geyimdə.


Arı xaqan toplum yığıb bəsləyib,
Toplum gərək ağır gündə sınana.
Döyüş vuruş bəslənç evi deyildir,
Toplum gərək ağır gündə sınana.

Bir ay qalır dağa-daşa qış düşə,
Arı xaqan lapdan çıxıb yürüşə,
Min fil üstdə oturubdur beş-beş ər,
Toplum gərək ağır gündə sınana.

Qorxu artıb hər bir yanı götürüb,
Kənddəkilər başlarını itirib,
Arı xaqan yüz min atlı gətirib.
Toplum gərək ağır gündə sınana.


Son ayaqda Muğər dedi Başevdə:
– Yozmaçılar qan yuvası Başevdə.
Mən düzünü söyləmişəm şahıma.
Yozmaçılar qan yuvası Başevdə.

Çıxmalıdır şah gəmiylə gəziyə,
El obanı dindirərsə, düz deyər.
Ellər şahı gücləndirər, bəzəyər;
Yozmaçılar qan yuvası Başevdə.

Mən Muğərəm, şahı uça sanıram,
Ançaq onun bu gününə yanıram,
Qan-qadalı yozuları danıram.
Yozmaçılar qan yuvası Başevdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise