Təbətel söylənci
Təbət yolu dağdır, daşdır, kəsəkdir,Çətin yolla adam tapır istəyin.Turqər, Tunqər Təbəteldə görüşdü,Çətin yolla adam tapır istəyin.
Yazı cənnət, qışı sərtdir qurdutək,Qız gülüşü boyasıda hər çiçək,Quşu ürkək, ayısı cod, qışı bərk,Çətin yolla adam tapır istəyin.
Öz tanrısı, öz inamı, öz sözü,Nəyi varsa qonaq üçün düzülü,Türkə bənzər Təbətlinin qaş-gözü,Çətin yolla adam tapır istəyin.
Təbət min ev, iki enli küçədir,Burda nə var tutumludur, incədir,Hərdən burda Tunqər qalır, dincəlir,Çətin yolla adam tapır istəyin.Qan içməkdən, qan tökməkdən uzaqdır,Qarı qalın, qızı qızılyanaqdır,Qar içində çiçək qucaq-qucaqdır,Geyim, toy, yas, elə Turansayaqdır,Çətin yolla adam tapır istəyin.
Toy, bayramdır Turqər burda olanda,Birdə Sayan, Tantan burda qalanda,“Buzbulağın” tez-tez gözü dolanda,Çətin yolla adam tapır istəyin.
Turqər, Tunqər Təbəteldə görüşdü,Bir-birindən el-obanı soruşdu,Sevinc, ağrı birbirinə qarışdı,Çətin yolla adam tapır istəyin.
– Ata mən də kiçik oğlun Sayanam,Səni işdə, sözdə anan, yayanam,Acıqanın gözlərinə tikanam,Çətin yolla adam tapır istəyin.
Təbəteldə baş öndərəm, başbaşı,Işləyirəm elbaşıyla yanaşı,Küsülülər gəlib burda barışır,Çətin yolla adam tapır istəyin.
– Ta denən ki, Turan elə Sayandır,Basılmayan Sayan qurddur, qaplandır,Mindiyarın bir adı da Turandır,Bu ad hələ Turər şahdan qalandır,Çətin yolla adam tapır istəyin.
Sayab dedi: – Dön gəl bizim Turana,Qobu yerə, Qobuçölə, arana,Sən gəlməsən, inamsızlıq yaranar,Batar ellər sarsıntıya, yamana,Çətin yolla adam tapır istəyin.Turq söylədi: – Turandayam, Çində yox,Vuruşlarda arxadayam, öndə yox,Harda olsam yaxındayam, gendə yox,Çətin yolla adam tapır istəyin.
Turqər dedi: – Quldurları vurarıq,Qancılları qova-qova yorarıq,Daş, kol, tikan, çəpərləri yararıq,Elçiçəyin arxasında durarıq,Uğureli biz yenidən qurarıq,Çətin yolla adam tapır istəyin.
Atasından utanırdı Elçiçək,Getməyəydi Misirelə o gərək,“-Bəsdir daha yığdım xalça, bər-bəzək,Əldə tutum gərək qılınc, dəyənək”,Çətin yolla adam tapır istəyin.
Utanırdı, sıtqayırdı o hərdən,“-Uğureli gərək quram yenidən,Öz işimdə niyə belə kalam mən”,Çətin yolla adam tapır istəyin.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-tebetel-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Elçiçəyin qocalmışdı atası,Qocalıq da yaraşıqdı kişiyə.
Ana ürəyi söylənciOdərpaya, Odərboya çəkməyib,Doğrusayaq yığan idi Elçiçək,
Dəmirqız söylənciTurqun yaşı üç yüz ilə çatırdı,Yaş göstərir kimliyini adamın.
Ağüzün Parselə yollanması söylənciTurq söylədi: – Şimşəkatı götür, min,Ata inan, ona güvən, onu sev.
Poems by other poets
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
DüşərSeyri-gülşən etsən, ey gül’üzarım,Bülbül oxur, bağlar sədayə düşər.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.