Ana qurd söylənci
Elçiçəyin qocalmışdı atası,
Qocalıq da yaraşıqdı kişiyə.
Əl çəkmirdi təkcə ondan qızılca,
Qocalıq da yaraşıqdı kişiyə.
Sağalmışdı hamı, bütün el-oba,
Sağalmırdı bircə Turqda çox yara,
Üzülmüşdü, qıpqırmızı, qapqara,
Qocalıq da yaraşıqdı kişiyə.
Qızılcanı Turq düşərlik saymırdı,
Sızıltını boğub yaxın qoymurdu,
Ana qurdla oynamaqdan doymurdu,
Qocalıq da yaraşıqdı kişiyə.
Ana qurdun qurumuşdu döşləri,
Ağ süd kimi ağarmışdı dişləri,
Anlayırdı ağır sözü, işləri,
Qocalıqda yaraşıqdı kişiyə.
Sanki Turqu anlayırdı bir azca,
Sarsıtmışdı nər kişini qızılca,
Ona yardım eləmişdi bu qoca,
Qocalıq da yaraşıqdı kişiyə.
Ana qurdun Turqtaydaydı qulağı,
Adam kimi qurd da soya sayıqdır.
Sanki Turqda tapmışdı qurd soyunu,
Adam kimi qurd da soya sayıqdır.
Qurd atılıb qalxdı evə lapbadan,
Turqu görüb nərildədi o, bir an,
Yaxınlaşdı, sızıldadı astadan,
Adam kimi qurd da soya sayıqdır.
Sonra Turqun əl-qolunu yaladı,
Üz-gözünü, baş-boynunu yaladı,
Ağzını da, burnunu da yaladı,
Adam kimi qurd da soya sayıqdır.
Sonra Turqu bir də, bir də yaladı,
Sonra durub bərkdən-bərkdən uladı,
Sanki evdə olanları hayladı,
Adam kimi qurd da soya sayıqdır.
Ana qurdun səsi çatdı hamıya,
Qurd uladı, yatanları oyatdı.
Alçiçək də, Elçiçək də gəldilər,
Qurd uladı, yatanları oyatdı.
Qurd yox oldu, hamı qaçıb gələndə,
Susdu hamı Turqu ölmüş biləndə,
Turq diksindi, tutdu qızın əlindən,
Qurd uladı, yatanları oyatdı.
Turq hamıdan ana qurdu soruşdu,
Bir söz hərdən bayqın qoyur hamını,
Dedi: – Məni yalayırdı ana qurd,
Qurd uladı, yatanları oyatdı.
Dedi: – Məni aparırdı qızılca,
Ana qurdu gələn görüb qaçdı o,
Hamı susdu, susqun qaldı bu sözdən,
Qurd uladı, yatanları oyatdı.
Dedi: – Gedin, ana qurdu gətirin,
Onu mənə, onu mənə yetirin,
Sağalmışam, bu yatağı götürün,
Qurd uladı, yatanları oyatdı.
Dedi: – Gedin, tapın onu, səsləyin,
Bir ev tikin, onu orda bəsləyin,
O, tanrıdır, tanrılığın gözləyin,
Qurd uladı, yatanları oyatdı.
Dedi: – Məni o qurtardı ölümdən,
O ayrıldı sürüsündən, elindən,
Döyüşlərdə o yapışdı əlimdən,
Qurd uladı, yatanları oyatdı.
Turq sağaldı, qopdu ölüm əlindən,
Ölüm hər an dörd yanında gəzişir.
O geyindi döyüş-vuruş geyimi,
Ölüm hər an dörd yanında gəzişir.
Bir gün səhər tezdən ova gedirdi,
Şimşəkatla küləkləri ötürdü,
Hərdən seyrək meşəlikdə itirdi,
Ölüm hər an dörd yanında gəzişir.
Bir qazıntı gördü, atı saxladı,
Düşdü baxdı, o, qazmanı yoxladı,
Nə gördüsə, Turqun içi laxladı,
Ölüm hər an dörd yanında gəzişir.
Qurdu gördü, burda yuva salmışdı,
Evdən qaçıb deyən bura gəlmişdi,
Sonev qazıb öz-özünə ölmüşdü,
Ölüm hər an dörd yanında gəzişir.
Turq oturdu, baxdı, baxdı, ağladı,
Çox kişilər hər ölənə ağlamır.
Turq ağladı bu ağrılı ölümə,
Çox kişilər hər ölənə ağlamır.
Dedi: – Sənsən altı bala anası,
Beşi öldü, altıncı-mən-qalası,
Ana qurdum, mənim köksüm parası,
Çox kişilər hər ölənə ağlamır.
Qızılcanı sən yalayıb udubsan,
Sən onunla bu çuxurda yatıbsan,
Alıb onu bu sonevə qatıbsan,
Çox kişilər hər ölənə ağlamır.
Ana qurdum, mənim tanrım, inancım,
Öldü getdi sənin ilə o qancıl,
Göyərməsin daha o pis yabançı,
Çox kişilər hər ölənə ağlamır.
Mən ağlaram sənin üçün, yaraxlım,
Aramızda olmayacaq uzaqlıq,
Nə meşəlik, nə yamaclıq, nə dağlıq,
Çox kişilər hər ölənə ağlamır.
Turq götürdü dəbilqəni başından,
Tunc dəbilqə igidlərə yaraşır.
Qoydu qurdun sonevinin üstünə,
Tunc dəbilqə igidlərə yaraşır.
Gecə qaldı Şimşəkatla orada,
Hərdən durub o ağladı arada,
Dedi: – Qurdu yenə dirilt, yaradan,
Tunc dəbilqə igidlərə yaraşır.
Torpaq tökdü, ana qurdu quyladı,
Sonra özü durub qurd tək uladı,
Meşələri, ormanları hayladı,
Tunc dəbilqə igidlərə yaraşır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-ana-qurd-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Balasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.
İskəndər söylənciÇıxdı ordan tərmə-tələs Anakar,Bəzən söz də dönüb olur əmanət.
İskəndərin yürüş söylənciKeçdi illər, səs çıxmadı qəbirdən,Daş ağırdır, o heç zaman danışmaz.
İskəndərlə Qardanağın döyüş söylənciÇıxdı üzə toplumuyla Qardanağ,Sən qorxudan qorxma, yoxsa batarsan.
Poems by other poets
Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
And olsunŞairləri qanadında bəsləyənİnsanların həyatını süsləyən
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,