Tanrım, bizə güc veribsən, bir də ver,Bu dolanış əkənindir, biçənin.Tunq adımı alıb Turan qoyaram,Bu dolanış əkənindir, biçənin.

Tunqər dedi: – Oğullarım, tələsin,Nə qədər ki qıy qanadlı gəncsiniz,Dolanışı qamarlayıb alın siz,Bu dolanış əkənindir, biçənin.

Çil-çilatı qotaz, ipək çulladı,Dörd yan-yönə dörd ox atdı, tolladı,Dörd oğlunu dörd yan-yönə yolladı,Bu dolanış əkənindir, biçənin.

Tunqər dedi: – Dörd yan-yönə yol çəkin,Uca-uca boy dayanan ev tikin,Düzənlikdə quyu qazın,yer əkin,Bu dolanış əkənindir, biçənin.

Kim olsa da yoxsullara əl tutun,Çox işləyin, az istəyin, az yatın,Hər bir yaxşı istəyizə tez çatın,Bu dolanış əkənindir, biçənin.

Hər oğlumdan yeddi oğul doğulsun,Acıq, küsü içinizdə boğulsun,Sizə qarşı nə vardırsa dağılsın,Bu dolanış əkənindir, biçənin.

Harda olsa dilləndirin dilləri,Tutun sizə uzadılan əlləri,Qoruqlayın çörək verən çölləri,Bu dolanış əkənindir, biçənin.Var, gəliri ev-ev, əl-əl paylayın,Dargözlüyü, qısmırlığı tollayın,Pisə qarşı tanrıları haylayın,Bu dolanış əkənindir, biçənin.

Başraqlayın Mindiyarı,TuranıYığın otu, arpa, buğda, samanı,Qovun pisi, düşərliyi, yalanı.Bu dolanış əkənindir, biçənin.

Bəbəkləyin atı, otu, ananı,Yaxın bilin qanmayanı, qananı,Uca tutun yazı-pozu, inamı,Bu dolanış əkənindır, biçənin.

Boş əl ilə qayıtmayın o yerdən,Ürəyiniz yuxa olsun dəmirdən,Uca olun, ayıq olun təpərdə,Bu dolanış əkənindir, biçənin.

Dörd qardaşlar at çapdılar, getdilər,Yeli, yalı dalda qoyub ötdülər,Gözlərini silib gözdən itdilər,Bu dolanış əkənindir, biçənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets