Page 2 of 3 · 33%

– Sübutları nədir?

Milis rəisi bayaqkı vəziyyətindən fərqli olaraq indi tündləşdi, istədi cavab versin, ancaq Mehmanın burada olduğunu hiss edincə dayandı.

– Yaxşı, bu işdə sübutları nədir? – deyə Mehman təkrar soruşdu:

– Sübutu yoxdur, nə sübut? Mənim o rəngdə bir keçim meşədə bir az şıltağa qalxmışdı, mən də keçini hayladım ki, koldan çıxıb, yolun ağzına düşsün, keçi allahsız tərslik elədi, mən də hirslənib, salba atdım, keçi bəyirib yıxıldı, mən özümü çatdırdım, keçi ölmüş bıçağa güclə gəldi, bu dəmdə naxırçı oğul-uşaq da üstümə çıxdı, haray saldılar ki, Xudayar əmi Sünbülün keçisini kəsibdir!

– Demək belə çıxır ki, nahaqdır?

– Bıy, əşi, o bir Allah haqqı, təzədən bu saqqalnan elə də şeymi olar?.. Sünbül kimisinin keçisinə bıçaq çəkməkmi olar?.. Ölən keçi mənim, qalan dulundur!

– Yaxşı, ayırd edərik, – deyə Mehman ötdü.

– Kişi, sən nə üstdə? – deyə o, başqa birisinə tərəf çevrildi.

– Eyib olmasın, qonşunun bir uzunqulağının üstündə! Canavar, necə deyər, qurd dayısı qabağına qatıb hansı dərənin dibində yeyib, izini-tozunu itiribsə, indi o evi yıxılmış da qurdu o yana buraxıb, bu yanda mənim yaxamdan ikiəlli tutub!

Milis rəisi istədi yenə də kükrəyib qalxsın. Mehman onun əlindən yapışıb sakit olmağını xahiş etdi və:

– Sən, oğlan? – deyə üçüncü adama yanaşdı.

– Mənmi? – Çəpiş papaqlı yan-yörəsinə baxdı, kimdən soruşur, əyə?

– Sən, sən, – deyə prokuror barmağı ilə göstərdi. – Səndən soruşuram, sənin təqsirin?

– Mən müqəssirəm!

– Niyə?

– Oynaş öldürmüşəm!

– Kimin?

– Arvadımın oynaşını! Kopratelin bir teli burma dükandarını... özü də kulaq balası idi!.. Qızı çitlə tovlayırmış! Atası bandit köpəkoğlu!

– Nə ilə öldürmüsən?

– Kor-kəsməz xəncərlə!

– Bəs xəncər?

– Bu naçalniyə vermişəm!

– Düzdür, birbaş mənim üstümə gəlmişdi, – deyə Cabirov təsdiq etdi.

– Amma lap zalımoğlu o qolçomaq oğlunun sağ tikəsini qulağına döndərmişdi!

– Namus üstə, yoxsa mən dinc adamam!

– Sakit! – deyə milis rəisi gözünü ağartdı. – Daha artıq-əskik yox!..

Bu vaxt birisi o yandan bəriyə partlayıb:

– Onun təqsiri var, – deyib özünü irəliyə verdi, – özü də boynuna alıb, mənim təqsirim yoxdur, vallah, yoxdur, gecə bir ölmüş qarının toyuğunu tülkü hindən aparır, səhər durub üzünə daş yamanmış məni yaxalayır ki, sənsən!

– Zamına verib yoxlamaq gərəkdir, – deyə Mehman bu adamdan da ötdü və barmağını bir qalife şalvarlıya uzatdı:

– Bəs siz? – deyə soruşdu.

– Biz də. – Onun boğazı qurtuldadı, – guya deyirlər ki, biz də müəllimlərin payokunu bölüşmüşük!

– Hə, bilirəm, sizi tanıyıram!

– Mən də elə dabbağda bunun gönünə bələdəm!.. – deyə Bənnaoğlu hirsləndi – gözünün içinə, bəbəyinin ortasına qədər tanıyıram!..

Mehman milis rəisinə baxıb sakit olmaq işarəsi verdi. O, bir yanda dayanan, qaşqabağından zəhər damcılayan, saqqalı, bığı qıvrılıb bir-birinə qarışan, üz-gözünü pırtlaşıq tüklər bürüyən mamırlı adama tərəf dönüb:

– Bəs sizin təqsiriniz? – deyə soruşdu.

– Mənim heç bir şikayətim yoxdur, – deyə mamırlı adam qeyzlə cavab qaytardı. – Mən sizə ərizə-zad yazmamışam!

– Görünür, müqəssirsiniz, eləmi?

– Keçən ilin bir payız gecəsinin zülmətində, – deyə mamırlı adam özü də zülmət kimi qaraldı, – bax, bir kənara, qara qayanın dibində dayanıb on min dərzin qırmızı-yaşıl dilli alovuna doyunca tamaşa eləmişəm!

– Axı nə üçün, nədən ötrü belə? – deyə Mehmanın hiddəti səsi üç gözlü istintaq evinin səqfində dolaşdı. – Nə üçün siz yüzlərcə adamın, qocanın, körpənin çörəyinə bais olmuşsunuz?

– Biz, Əsgərxan uşağının, ta ata-babadan qalma yeri, sərvəti, var-yoxu müsadirə elənəndən sonra, mən də gözlərimi ölüvay qoyun kimi döyə bilməzdim. – mamırlı adam sağ əlini yumruqlayıb döşünə çırpdı, sonra irəliyə uzatdı. – Bax, ona görə də bu əlimə silah götürüb zülmət meşəyə çəkildim... Gözlədim, biçin qurtardı, dərzlər daşındı, xirmanlar birinci dəfə ağardı. Xırmanlar boyu cərgələnən tayaları alova verdim!..

– Bəs qarovulçu, bəs keşikçi? – deyə Mehman dönüb Cabirovdan soruşdu. – Bəs o harada ölmüşmüş?

Mamırlı adam, milis rəisi cavab vermədən, öz cinayətlərindən indi də belə zövq alırmış kimi:

– Mən özüm mürgüləyən qarovulçunun boynunun kökünə tutarlı bir tüfəng küpü ilişdirib onun ağzını həmişəlik torpağa qapadım, – dedi.

– Mən işimi görüb, əvvəlcə Qaraqaya dibinə, sonra dağlara çəkildim! Bax, sonra Bənnaoğlu Cabir mənim iki adamımı vurdurdu. Mən də borclu qalmayıb öz əlimlə bunlardan üçünü tələf elədim!

– Düz altı ay ayağımda çarıq, əlimdə tüfəng bir dəstə uşaqla dağadaşa düşüb, bu canavaroğlunu axtardım, – deyə milis rəisi mamırlı adama tərəf dişlərini qıcadı. – Bu vəhşioğlu vəhşini! Bu quduz köpəyi!

– Bənnaoğlu, ağzını təmiz saxla! – deyə mamırlı adam qudurmuş köpək kimi zəncir gəmirdi. – Mən kolxoza da, bütün siz qırmızıpapaq tayfasına düşmənəm!

– Biz də düşmənlə düşmən kimi rəftar edəcəyik! – deyə Mehman mamırlı adamı kinli bir nəzərlə kənara buraxdı.

– Mən heç birinizdən rəhm gözləmirəm! Daha ikinci dəfə əlimi ağrıdıb bu divarı da sökəsi deyiləm!

– Çünki sizin kimi sinfi düşmənə cüzi bir rəhm etmək, çörəkləri yandırılan yüzlərcə namuslu adama xəyanət etmək olardı, – deyə Mehman mamırlı adamdan üzünü döndərdi, qoşa dayanan iki nəfərlə dəxi söhbət edib qeydlər götürdü.

– Aydın edib baxarıq, – deyə onlara söz verdi. – Mən sizin işləri bir qədər nəzərdən keçirmişəm!

Mehman dəftərçəsini cibinə qoyub:

– Bəs Salamat Salamatov kimdir? – deyə soruşdu. – Bəs o niyə səsini çıxarmır?

O tərəfdə, küncdə dayanan, başını aşağı salan, arğazvücudlu, ucaboylu, əlli-əlli beş yaşlı, ancaq saqqalı qar kimi ağaran adam dilləndi:

– Salamatov mənəm, yoldaş!

– Siz irəliyə gəlin, yoldaş!

Salamat Salamatov pəncərə qabağına çıxdı.

– Sizin bəs bu ağsaqqal çağınızda təqsiriniz?

– Təqsirim varsa, Şura hökuməti özü aydın elər, – deyə Salamatov xatircəm cavab verdi.

– Əgər yoxsa?..

– Yoxsa da yenə özü bilər!

– Biz sizi azad etməyi qərara aldıq!

Ağ saqqallı Salamatov bir addım irəliyə atıb:

– Mən inanırdım ki, kolxozda gizlənən belənçik mamırlı qolçomaq quyruqlarına cəza veriləcəkdir! – deyə o şikayətləndi, çünki mən kolxozun bir dəninə də haram gözlə baxmaram. Toxum səpənlər içində bir imansızoğlu Allahqulu olub, – keçmişdə muzdur saxlayan zalımoğlu! Toxumu seyrək səpir, qalan toxumu şumda gizləyib gecələri evinə daşıyır, taxıl yerdən seyrək çıxır, oduna mən düşürəm!.. İndi Allahqulu yalyamacda asudə gəzir, xatanı əbəs yerdən mən briqadirin üstünə tökürlər! Niyə? Çünki Allahqulunun yalandan adamın üzünə duran şahidi az deyil!

– Elə toxumyeyən düşmənlərə aman olmadığı kimi, dosta da zaval olmayacaq, – deyə gənc prokuror əlini Salamatova uzatdı.

– Bəli, biz, sizin qərarı bir az qabaq almışıq, – deyə milis rəisi izahat vermək istədi, – sabah işıq gözünə buraxacaqdıq Salamatovu!

– Təqsirsiz vətəndaşı bir dəqiqə də burada saxlamaq olmaz! – deyə Mehman Salamat Salamatova qapını göstərdi.

– Bizim rayonda otuzuncu ildən bu vaxta kimi bu Salamatov həmişə belənçik mamırlı qolçomaqla döş-döşə vuruşanlardan birisi olmuşdur, – deyə milis rəisi dilləndi.

– Siz azadsınız! – Mehmanın səsi ucaldı. Salamatov gənc prokurora baş əyib qapıdan çıxdı.

– Oğurluq xüsusi mülkiyyət hisslərindən doğan kapitalizmdən, dərəbəylik qalıqlarından əmələ gələn cinayətdir! Oğurluq adamın gözünə kölgə, vicdanına silinməz bir ləkə salır!..

Birisi arxadan soruşdu:

– Bəs böhtançı?

– Böhtançı oğrudan da pisdir!

– Böhtançı nədir, ə? – deyə biri, o birisindən soruşdu.

– Şərçi, dayna!

– Oğru özünü alçaldırsa, böhtançı təmiz bir adamı ləkələyir, – deyə Mehman izahat verdi, – böhtançı vicdanını ləkələmiş bir satqındır!

– Ay ağzına qurban olum, cavan prokuror, lap ürəyimdən tikan çıxartdın!

– Bəs, prokuror, rüşvətxor necə?

– Rüşvətxor itdən də pisdir! – deyə Mehman cavab verdi, – rüşvətxor ən rəzil bir həşəratdır!..

Mehman əlini qara qıvrım saçlarında gəzdirə-gəzdirə adamlarla bir qədər də danışıb axırda:

– Kimin təqsiri yoxsa, mütləq buraxacağıq, – dedi. – Kim müqəssirsə, öz cəzasını çəkəcəkdir!.. Kooperativ əmlakını talan edənlərə, vətəndaşların şəxsi əmlakına xain gözlə baxanlara, kolxoz tayalarını alova tutan düşmənlərə heç bir rəhm, güzəşt olmayacaqdır!.. Biz inqilabi qanunun bütün kəskinliyilə inqilabın bəhrəsini hər hansı sinfi düşmən qalığından – oğrudan, rüşvətxordan, böhtançıdan qoruyub, maneələri aradan götürə-götürə, yolumuzu arıtlaya-arıtlaya, qurub yarada-yarada irəliyə gedəcəyik!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 min
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 min
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 min
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 min

Poems by other poets