Biganə deyil!
Qan qardaşıma
Uzaqdan-uzağa görürəm ki, mənGözlərindən axan qandır, yaş deyil,Səndə uzun illər işgəncələrə,Əzablara dözən candır, daş deyil.
Od tutub alışan bu şair könülSənin dərdlərinə biganə deyil.Orda yasxanasız bir ev görmürəmÖmrü qaragünlü yeganə deyil.
Ordan qan, əsarət qoxusu gəlir,Sözüm həqiqətdir, əfsanə deyil.Doğru söz yasaqdır, şadlıq yasaqdır,Məgər bütün ölkə qəmxanə deyil?
Başı qara gündən qartək ağaranAnalar ağ günçün övlad doğurlar.Behiştin açarı boyunlarındaQırılır cəbhədə bədbəxt oğullar.
Sizin bu dözülməz faciənizəÜrəyi yanmayan heç insan deyil.Gecələr Təbrizin məzarlığındaKim deyir ağlayan Süleyman deyil?!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bigane-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
Mədinə Gülgünə*Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,
BənzəməzÜfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,Yad ellərin səhəri bu səhərimə bənzəməz.
XatirəZəfər dolu kitabında VətəninHər igidin şöhrəti var, adı var.
Bəli, cənubluyamAraz qırağında ayrılıq günü,Köynəyi qaradan biçilən mənəm.
Poems by other poets
هر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
A yara dəydiQafil bir ox atdın, keçdi sinəmdən.Dərdindən cismimə a yara dəydi.
Ürəyi xain adamSənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.