Şan-şöhrətdir anadan neft şəhərində olmaq,O yerdə ömür sürüb, o yerdə yaşa dolmaq.Möhtəşəm şəhərimdə, Bakımda doğulmuşam,Orda iməkləmişəm, orda yaşa dolmuşam.Canım bu torpaqdadır,Qanım bu torpaqdadır.Alnıaçıq neftçiyəm, mən razıyam peşəmdən,Ölkələr işıq alır mənim buruq meşəmdən.Ta uşaqkən neftimin qəhvəyi damlalarıSəpələnib üstümə yağan xoş yağış kimi.Baxıb neftdən yaranmış qara göllərə sarıİstəmişəm baş vurub üzəm orda quş kimi.Neftimin hər damlası bir ulduzdur gözümdə,Buruqlar arasında bir ulduzam özüm də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring