Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,Olmaz, bilirəm, zərrə peşiman əməlindən.

Bir ev ki, məhəbbətdən uzaqdır, nəyə lazım,Heç kəs acımaz, uçsa o bir gün təməlindən.

Könlüm quşu ilham alıb eylər yenə pərvaz,Bir zülfü pərişan, dodağı qönçə gəlindən.

Hicran məni yandırdı... gözəl eyibsiz olmaz,Cananı xəbərdar eləyin el məsəlindən.

Qəlbində yaran varsa da fəxr eylə, Süleyman,Bir xatirədir səndə bu, Təbriz gözəlindən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love