Payız baharı
Torpağının qədrini məncə bilməz kökündən,Kim azca dadmayıbsa Abşeron çörəyindən.
Hətta payızda belə seyr edib, zövq alıramHər əncir ağacından, hər üzüm tənəyindən.
Bu mövsümdə doğrusu bal damır ağızlaraÜzümün giləsindən, əncirin göbəyindən.
Necə fəxr etməyim ki, gəlir son bahar ətri,Mənim şeir bağçamın gülündən, çiçəyindən.
İnnablar qıpqırmızı, mənim çox xoşum gəlir,Təbiətin bu incə, bu nadir göyçəyindən.
İnsana dost ağaclar yetişmiş meyvəsini –Boşaldır səbətlərə öz yaşıl ətəyindən.
Süzülür qumlar üstə hərdən narın-narın tər,Tutqun göyün bozarmış, payızı köynəyindən.
Gəzirəm Məcnun kimi ayaqyalın, başaçıq,Uzağam bu yerdə mən şəhərli bəzəyindən.
Min bir payız gəlsə də ilk bahar köçən deyil,İlk bahar müğənnisi şairin ürəyindən.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-payiz-bahari
Use ← → keys to move, R for a random poem
More by this author
Şarj-nəzirə*Günlərin bir günündə
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.