Məndən soruşursunuz: – De görək səhər-səhərNəyə bənzəyir Xəzər?– Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir.Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.

Hər qarışı üzümlü, əncirli qum təpələr,Sahilin qulağına pıçıldayan ləpələr,Çiçəklər, otlar üstə iməkləyən körpələrHələ bəstələnməmiş nəğmələrə bənzəyir.

Mən bilirəm, Xəzərin ürəyində nələr var,Sularda avar çəkən qoca, gənc qayıqçılar,

Balıqlar dünyasına tor atan balıqçılarBəxtindən xeyli razı bəxtəvərə bənzəyir.

İtirmişəm sayını həftələrin, ayların,Ətrafı seyr edirəm üstündən qayaların:Mənim ayna Xəzərim, şair qağayılarınMahnı, şeir yazdığı bir dəftərə bənzəyir.

Qayaların sinəsi sulardan oyuq-oyuq,Xəzərə keşik çəkən sahildəki hər buruqBabək ordusundakı saçları buruq-buruq,Yapıncısı qapqara bir əsgərə bənzəyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets