Mən sənin dilinə dəymirəm, cəllad,Gəl sən də bu ana dilimə dəymə!Sənin də bağın var, gülün var, çəkin,Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,Gör bir nələr etdin vətənimə sən,Yan – deyib, od vurdun bədənimə sən,Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,Sən məni istədin çəkəsən dara,Yenicə sağalır vurduğun yara,Mənim bu yaralı könlümə dəymə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring