Yaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.Nə səni bəyəndi, nə məni, heyhat,Dedi tək mənimçin yaranıb həyat.Dedilər ki, evlən, təklik yamandır,Dedi ki, dinməyin, susun, amandır.Evlənsəm başıma açılar kələk –Qapımdan girəntək o nazlı mələkQorxuram varımı, yoxumu yeyər,Özündən danışar, özündən deyər.Mənim varlığımı danar bəlkə də...Mənalı ömrümü qoyar kölgədə.

Gün keçdi, ay keçdi, büküldü beli,“Mən”, “mən” söyləməkdən qalmadı dili.Hətta son nəfəsdə danışan zamanBir kimsə qalmadı sözündən razı.Nəhayət, səs-küysüz köçdü dünyadan,Hamıdan narazı, özündən razı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire