Çarxı-fələk
Piyes – iki pərdədə, dörd şəkildə.
1921-ci il.
İştirak edənlər
Piri-Fani – uzun ağ saqqallı və saçlı bir qoca, libası – uzun ağ ləbbadə, üstdən qurşaq.
Vəli ağa – mülkədar bəy.
Ağa Saleh – zavod sahibi.
Ağa Şirəli – mülkədar.
Musa bəy – Ağa Salehin zavod müdiri. Mühəndis.
Bahadir – gənc bir işçi.
Qəhrəman, Fərman, Nadir – Bahadirin yoldaşları.
Qurbanəli – kəndli.
Gülsənəm – onun arvadı.
Qafar – pinəci.
Sandro – restoran xidmətçisi. (Laxey.)
Lida, Zina, Marusya, Marqo – çəngilər.
Bir taqım işçi arvad və kişilər.
Allahqulu – işçi.
Birinci şəkil
Səhnə pərdə ilə iki hissəyə bölünür. Bir hissəsi restoran odasını və digər hissəsi piri-Faninin kumasını və həyətini göstərir. Kumanın yanında bir qurumuş ağac kötüyü. Hər iki mənzilə qapılar açılır. Pərdə qalqdıqda piri-Fani kumanın ağzında oturmuş və bir çarx hərəkət halında görünür. Çarxın pərləri həm otaya, həm də həyətdə görünür. Qurbanəli və Gülsənəm piri-Faninin həyətinə daxil olurlar.
Qurbanəli. Ey pir daha səbrim tükənmiş, bir ilimin zəhmətini bir gündə itirdim. Qan-tər içində əkib becərdiyim məhsulu Vəli Ağa zor ilə əlimdən aldı. Uşaqlarımı ruzusuz qoydu. Bu qış günündə gözləri yaşlı çöllərə saldı. (Ağlayır.)
Gülsənəm. A kişi qızıl inəyi demədin.
Qurbanəli. Onu da sən söylə, mənim danışmağa taqətim yoxdur.
Gülsənəm. Ay pir baba, belə sənə bu Gülsənəm əmin canı qurban olsun. Mal-qaradan təkcə bir inəyimiz qalmışdı. İnək demə bir maral, buynuzları göylə gedirdi, quyruğu yer ilə sürünürdü. Kənddə qızıl inəyin təʼrifi dillərdə söylənirdi. Üç gün bundan iləri ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. Səbəbi güya qızıl inək ağanın qoruğuna girmiş. Ey pir baba, o ağaya biz nə edə bilərik? Səndən başqa bizim imdadımıza yetən yoxdur. Bizə bir çarə qıl.
Piri-Fani. Əyləşin, cavabınızı alarsınız. (Əyləşirlər, Pinəçi Qafar daxil olur, pirə təzim edib ərz eyləyir.)
Qafar. Ey pir, bu qabarmış əllərimin zəhməti ilə Ağa Şirəlinin karvansarası qapısında pinəçilik edib yeddi baş külfət ruzusunu bir tevr ilə qazanıram. Bu gün xozeyindən əmr çıqmış ki, pinəçi Qafar ya dutduğu yerə kirə versin, ya da dutduğu yeri azad etsin. Hər iki hal mənim üçün müşgüldür. Bu qış zamanı mən haraya gedim? Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona kirəyə verim? Məgər sansız evlərinin kirəsi ona kafi deyil ki, mən zavallı kasıbı küçələrə buraqır. Ey pir, səndən imdad istəyirəm.
Piri-Fani. Əyləş, cavabını alarsan. (Allahqulu və bir taqım işçi daxil olurlar, pirə təʼzim edirlər.)
Allahqulu. Ey piri-Fani, ağa Saleh xozeyin bu gün bizləri zavoddan çıqarıb küçəyə atdı. İndi biz nə edək? Arvad-uşaqlarımız açından fəryad edirlər.
Piri-Fani. Səbəb nə olmuş?
Allahqulu. Gündəlik muzdumuz çoq az idi, aldığımız para külfətimizi ödəmirdi. Bir qədər artırılmasını xozeyindən rəca etdik, qəbul etməyib dedi: indiyə kibi gündə on saat işləmisiniz, bu gündən həmin məbləğə on iki saat işləyəcəksiniz. Bu şərtə biz razı olmadıq.
Piri-Fani. Əyləşiniz, cavabınızı alarsınız. (Əyləşirlər, bu halda Bahadir qolları çirməkli, döşü və başı açıq, dalınca Qəhraman, Fərman və Nadir daxil olurlar.)
Piri-Fani. Şikayətəmi gəlmisiniz?
Bahadir (əllərini belinə qoyub). Xayır, siz piri-Faninin bu məzlumlara verəcək cavabınızı gözləyirik.
Piri-Fani. Əyləşiniz, eşidərsiniz. (Bahadir yoldaşlarının başına cəm edib ayrı əyləşirlər.)
Piri-Fani. Ta cavablarınızı alınca sükutda bulunmalısınız. (Piri-Fani başını aşağı salıb fikrə gedir, sairləri də sakit ona müntəzir olurlar.)
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-carxi-felek
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə Sadıq kişinin kumasını göstərir. Həyətdə Nazpəri corab hörür, Gülpəri paltar və Şahpəri də kömlək tikirlər. Şeytan səyyah libasında qoltuqunda bir qutu həyətə daxil olur. Qızları baş aşaqı işləyən halda gördükdə öz-özünə:Şeytan**. Nə gözəl fürsət! Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra—qızlarınızı düşmanlar aparmış—deyə fitnə salmalı... (Qızlara.) Yarəb, bunlar nə gözəl qızlardır? Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
TamahkarBeş pərdəli məzhəkə*İştirak edənlər
Birinci pərdəHacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Poems by other poets
Ləvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,
Lazımdır utanmaqSən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.