Nurəddin
Page 5 of 9 · 44%
Bir azdan sonra Qara Hüseyn gəldi. Bu kişi İmamverdi yaşında, qırx ildən artıq sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi.
Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi:
– Sağ ayağı diz qapağından çıxmışdır. – Sonra şaqqıltı ilə ayağı yerinə saldı və qıçın dörd ətrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs çıxartmırdı.
– Yaşasın belə qocaq uşaq, – deyə Qara Hüseyn Nurəddini tə’rif etdi. Sonra da evdən tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır. Heç tərpətməyin, sonra gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi:
– Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.
Qara Hüseyn xudahafiz edib getdi.
Gecədən xeyli keçdi. Amma Nurəddin ayağının ağrısından yata bilmirdi. İmamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otağda xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi.
– Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı?
– Azacıq ağrıyır, baba.
– Darıxma, oğlum, Allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni gəzməyə aparacağam. Bir bax, gör babanın nə gözəl bağçası vardır. – Bu sözləri deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı.
Sübhün təmiz havası, küllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. Quşlar göy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzında bir tut və bir kilas ağacı bitmişdi. Kilasın budaqları pəncərəyə o qədər yaxın idi ki, əl uzadanda çatırdı. Bu ağacın üstü qırmızı kilasla dolu idi. Quşların bə’ziləri kilasa və bə’ziləri də tut ağacında oturub, kah oxuyurdular və kah da balaca dimdikləri ilə tutdan və kilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan sərçədən başqa qeyrilərini tanımırdı. Nurəddin bir də gördü ki, bir ana sərçə ağzında bir göy cücü pəncərənin üstünə gondu və oradan çik-çik səsi gəldi. Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası başlarını bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanın ağzına gondu. Balaları, sarı ağızlarını açıb civiltini bərkitdilər. Ana sərçə ağzını açıb cücünü birinin ağzına verib uçdu. Bir azdan sonra yenə ağzında cücü yuvasının yanında hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra dördüncüsünə verdi. Bu qayda ilə ana sərçə balalarına dən daşıyırdı və bir dəfə də olsa növbəti pozmurdu
Bu sərçə yuvası və onun içində olan balaların yaşamaları Nurəddinə bir məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçarağ otağın içinə düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.
– Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver
İmamverdi sərçəni tutub Nurəddinə verdi:
– Oğlum, yaxşı öyrətməli vaxtıdır.
– Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.
– Yaxşı, oğlum, öyrədərəm.
İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib muşgurmağa başladı. Sərçə muşguruğu eşidəndə çik-çik etməyə başladı, amma uçub çağırışa gəlmədi. İmamverdi baba dedi:
– İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsın, o vaxt muşguranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.
İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq götürdü və Nurəddinə verdi:
– Bu da sərçənin evciji.
Nurəddin sevinib sərçəni qutuda rahat etdi.
– Baba, sərçəm acanda nə verim?
– Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. Mən bağçamızdan tutub gətirərəm.
Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi:
– Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa buyur.
Nurəddin dedi:
– Məndən Bahara salam-dua yetir, amma ayağımın çıxmağını demə, ürəyi xarab olar və bir də mümkün olsa mənim şəkil dəftərlərimi və rəng qutumu göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.
– Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz. Allah sənə təzliklə şəfa versin, – deyə Cəfər getdi.
Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi:
– İndi, oğlum, ayağın yaxşıdır, daha sarımayacağam. Ancaq bir müddət gərək usullu dolanasan. Atılıb düşməyəsən. Bir-iki gün evdən çıxma. Yavaşca-yavaşca evdə gəz. Eyvanda otur, babanın bağçasına tamaşa eylə, sonra səni bağıma gəzməyə aparacağam.
Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul etməyib dedi:
– Mən heç vaxt pul qəbul etmərəm. Hələ səninlə dostluğum dursun, Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığın əvəzində mən ona heç bir şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm.
Qara Hüseyn gedəndən sonra İmamverdi baba Nurəddinin başını sığallayıb dedi:
– Görürsən, oğlum, yaxşılıq nə gözəl şeydir. Atanın yaxşılığının əvəzini övladına edirlər. Bax, oğlum, bu əyləşdiyin evi atanın köməkliyi ilə tikdirmişəm. İndi mən də buna və qabağındakı bağçanı vəsiyyət etmişəm ki, sənə verilsin. Bunu bu kənddə hamı bilir. Mən öləndən sonra bunlar sənindir. Bunların Gülpəriyə dəxli yoxdur.
Gülpəri pəncərənin qabağından keçərkən bu sözləri eşidib dedi:
– Ata, o nə şeydir ki, mənə dəxli yoxdur?
– İçəri gəl, deyim.
Gülpəri gəldi, İmamverdi baba dedi:
– İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağındakı bağça onundur, sənə dəxli yoxdur. Bu vəsiyyətimi sənə deyirəm, qızım, bunu əmələ gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasının pulu ilə tikilmişdir.
Gülpəri dedi:
– Ata, əmrini yerinə yetirməyə hazıram. Ancaq mənim də səndən bir təvəqqem var.
– Söylə, qızım, görüm nədir?
– Mən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir.
– Mənim Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də siz bura gələndən bəri o, Nurəddini yoxlamağı əldə bəhanə edib, bura tez-tez gəlib-gedir. Mənim tərəfimdən ona de ki, bir də bura gəlməsin, yoxsa qovaram.
– Ata, elə iş etmə, bu gün o səndən bir şey təvəqqe edəcəkdir. Onun təvəqqesini qəbul et, çünki, mən də o təvəqqeyə şərikəm.
– Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz.
– Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla.
– Gülpəri, açıq danış, görüm nə istəyirsən?
– Bu gün Əmiraslan sənə mənim üçün elçi düşəcəkdir, mən razılığını istəyirəm.
– Heç vaxt!
– Onda sənsiz olacaqdır!
– Nə qədər sağ varam, bu iş baş tutmaz.
– Baxarıq! İndi də mən balaca qız deyiləm ki, iyirmi beş yaşında, hər ixtiyarı öz əlində bir arvadam. Mən dedim ki, bu iş, ata izni ilə olsun, sən istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə qarışmayasan.
Bunu deyəndən sonra Gülpəri hirslə qapını vurub çıxdı. İmamverdi baba kürsüyə çökub, başı aşağı xeyli fikrə getdi.
Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə yerdə qaldığını Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz, kəbinini kəsdirib Əmiraslana gəlin köçdü.
Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.
Gülpəri Nurəddinin İmamverdi babanın yanında qalmağına mane olmadı. Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızının belə itaətsizliyi İmamverdiyə artıq dərəcədə tə’sir etmişdi.
Nurəddinin ayağı təmiz sağalmışdı. Hər gün İmamverdi baba ilə kah bağçada bal arısına tamaşa etməyə məşğul idi, kah da ipək qurduna tut yarpağı daşıyırdı, kah da meyvə bağına gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq tuturdu və burada çimirdi, kah da meşəyə gedib moruq, köbələk yığırdı. Haraya getsəydi sərçəsini də özü ilə aparırdı. İmamverdi baba sərçəni qırmızı rəngə boyamışdı. Ona görə Nurəddin ona Qızılca adı qoymuşdu. İndi Qızılca elə öyrənmişdi ki, Nurəddin haraya getsəydi, sərçə də çağırılmamış, öz-özünə uçub onun dalınca gedərdi.
Hər həftə şənbə günləri Küllücə kəndində bazar olardı. Bu günləri ətraf və əknafda sakin olanlar tökülüb bazara gələrdilər. Kimi mal almağa, kimi mal satmağa gəlirdi. İmamverdi baba da hər şənbə Nurəddin ilə bazara çıxardı. Nurəddinin məktəb paltarı cümlənin nəzərini özünə cəlb edərdi, ələlxüsus kənd uşaqlarının...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-nureddin
Use ← → keys to move, R for a random poem
More by this author
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Poems by other poets
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند