Bu təfəkkür əsrindəŞair olmaq çətindirQafiyə düzmək asan.Ən ağıllı bir yol var:Şerin acı olsun,Heç şeir yazmayasan.Vay o gündən bu aclıqŞöhrət ilə birləşə.Şairlər bəhsə girib,Oxucu şairləşə...

Məni fikir götürür,Dərd alır gündən-günə.Şeir göbələk kimiÇoxalır gündən-günə.Şeir xurcunla gəlir.Şeir zənbillə gəlir.Redaktorun yanınaHərə bil dillə gəlir:“Dərc eləyin şerimi,İncilər yaratmışam.Şairliyə qurşanıbÖz peşəmi atmışam.And içmişəm bir yolluqÖz yolumdan azmayım.Şair xalqın oğluyam,Necə şeir yazmayım?”– Nə yazmısan, ay oğul?– “Mənim nağıllı dünyam”,“Nənəmin xatirəsi”.“Çinar qamətli babam”,“Anamın layla səsi”.“Atamın səyahəti”,“Bibimin yuxuları”,“Mənim ilk məhəbbətim”,“Ürəyimin qübarı”.– Sonra nədən yazmısan?Bulaqdan da yazmışam,Gözü yaşlı bulaqdan.Beş dastan bağlamışamBaşı dumanlı dağdan.– Bəs bugünün insanı?Onun sevinci, qəmi?Elin qaynar həyatı,Düşüncələr aləmi?Qurub yaradan əllər?– Buna vaxtım çatmayıb.– Ər-qeyrətli gözəllər?– Yox döşümə yatmayıb.– “Bulaq” şeir yazıncaSüd içmisən beş litr.Barı inək sağanınAdını şerə gətir.Sarı buğda çörəyiQabağında buğlanır.Sənə bolluq gətirənÇöldə təndirtək yanır.Bir gün çörək yeməsənDağıdarsan dünyanı.Bəs o çörəyə layiq“Bərəkət” şerin hanı?Özün bu həyatdasan.Şerin həyatdan uzaq.Nə xatirəbazlıqdır?Gəlin bu gündən yazaq. –Deyir yazıq redaktor,Çənə döyür bayaqdan.Şairlər qoşun-qoşunGirib-çıxır otaqdan.Döşəyirlər o ki, var,Bu necə haqq-hesabdır?Zərif şeri dinləməkƏn dəhşətli əzabdır.Hərənin öz “məktəbi”,Öz yolu var, öz dəbi.Şerindən mənalıdırÇoxusunun ləqəbi.Yuxarıdan zəng vururAdlı-sanlı bir müdir:– Redaktor, gözün aydın.Oğlum şairlik edir.Yazır gecəbəgündüz,Təbə gəlibdir, təbə.

Deyir bəsdir oxudum,Bəsdir getdim məktəbə.Füzulinin, SabirinƏrzi böyüyür adı.Nə diplomu olubdur,Nə də ali savadı.Əlqərəz, ay redaktor,Bir əncam çək bu işəOğlumu gərək bu gündənMətbuatdan girişə,Arvad-yəni anasıMəni seçibdir vəkil.Üstğünə göndərirəmBeş poema, bir şəkil.Bəlkə yenə göndərim?Arvad deyir ki, azdır.Bir görkəmli şairə“Uğurlu yol” da yazdır.Var getsin bu nömrədə,Deyək bizi tanıdır.Axı sabah oğlumunŞirnisi, nişanıdır,Məbadə ləngidəsənÇap işini, məbada.Bəri başdan anasıSəni seçib tamada...Yağır şeir yağmuru,Əsl şairlər çaşıb,Qardaş, mağazalardaKağız, qələm qıtlaşıb,Yağır şeir yağmuru,Sabir qısılıb baxır.Elə bil ki, üstünəŞerimizdən su axır.Niyə belədir görən?Bu nə işdir, bu nə sirr?Bəlkə də, ay şairlər,Özümüzük müqəssir.Səsinizi duyuramÜrəyimin səsində.Gəlin, açıq danışaqVicdan məhkəməsində.İnciməyin, deməyinNədir bu haray-həşir.Bir ürəksiz yazandaOxucu şairləşir.Təbi iştaha gəlib,Deyir ki, mən də varam.Bunu mən də deyirəm,Bunu mən də yazıram.Deyəsən ilk alqışdanGözümüz xumarlanır.Başımız tumarlanır,Şerimiz hamarlanır.Elə ki, sinəmiziBərbəzəyə tuturuq,O sinənin altındaYananı unuduruq.Beş ürəyi gəzməmişBeş sətirlik şerimiz.Beş otaq istəyirik,Yeri maraqlı olsun.Pəncərəsi qonşununÜzünə bağlı olsun.Sanki vətən dayədir,Biz ərköyün bir uşaq.Xalqdan çox şey alırıq,Verdiyimiz nədir bəs?Bir bunu da soruşaq,Bir soruşaq bu şerinDünya səsi hardadır?Bir soruşan bu şerinÖz Qarası hardadır?

Bir soruşaq hardadırBu günlərin dastanı?Şerin Məkkəsi olubRəsulun Dağıstanı,Bir soruşaq hardadır?Bizim öz içimizdə.Var şeir incimiz də,Gözəl səs incimiz də.Sənətin iftixarıQocamız, gəncimiz də.Şair var ki, dağ aşar,Təpəyə də qonmayıb.Tərcümeyi – halı daTərcümə olunmayıb.Ölkəni şəhər-şəhərGəzib-dolaşır səsi.Bakı-Xaçmaz qədərdirŞerinin vəsiqəsi.Niyə belədir görən,Bu nə işdir, bu nə sirr?Deyəsən, ay şairlər,Özümüzük müqəssir.Hamımızın fikrindəİlk cərgədir, ilk sıra.Dahilik ştatınıTez alırıq hasara.Gözətçi də qoyuruq,Əmr edirik: – Bura bax.Kim gəlsə, vur başından,Bu yer mənimdir ancaq.Soruşmuruq nə üçünMənim kimi başqasıÖz haqqını almasın?Soruşmuruq nə üçünDünyanın mərkəzindəRustaveliylə birgəNizami ucalmasın?Moskvamı günahkar?Yox, özümüzük ancaq.Özü ucalmayanıHeç kəs ucaltmayacaq.Buna haqqımız da var,Buna yerimiz də var,Qızıla tutulmalıŞairlərimiz də var.Nəyimiz çatmır axı?Bir soruşaq, nəyimiz?Vətəndaş ürəyimiz,Təəssübkeş ürəyimiz,Qayğıkeş ürəyimiz.– Deyəsən, ay şairlər,Sözlərim acı oldu?Bəlkə mənim bu şerimDərdin əlacı oldu?Şeir şöhrət yaranıbAna torpağımıza.Min ildir yer üzünəSəpələnir ulduztək.Ay şairlər, papağıQoyaq qabağımıza,Bugünkü şerimizinSabahını düşünək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets