İllər keçir, ürək deyir:Gecə-gündüz yarat, şair.Ən qiymətli girov kimiƏmanətdir həyat, şair.Boyun əymə şan-şöhrətə,Ürəklərdə boy at, şair.

Nəyə lazım, kimə gərəkBoyat nəğmə, boyat şair?Könüllərdə ülvi, təzə,Pak duyğular oyat şair.Yer üzünə haqq-ədalətToxumu səp illər boyu.Vicdanlara insaf-mürvətToxumu səp illər boyu...

Bu dünyada ömür sürüb,Günlər gördük şirin-acı,Hər ürəyin öz dərdi var,Hər dərdin də bir əlacı.Çörək acı tapılmasın,Qoy çoxalsın şerin acı,Qızıl taclar qan çanağı,Şair xalqın şöhrət tacı.Qeyrətlilər ona qardaş,İsmətlilər ana-bacı.O, gözsüzə mənəvi nur,Əlsizlərə əl ağacı.El şairin, şair elinNəfəsidir illər boyu.İnsanlığın ilk məhəbbətNəğməsidir illər boyu...

Günəş göydə yanır hər gün,Şair yerdə alovlanır.Günəş batır, doğur yenə,Kül olunca şair yanır.Onun tonqal sinəsindənMəşəl kimi söz boylanır.Bir masanın arxasındaBir dünyanı görüb anır.Bir ayağa daş dəyəndəO, min yerdən yaralanır.Bir körpənin gülüşündənÜrəyində toy yaranır,O, hər yerə öz şəhəri,Kəndi sayır illər boyu.Hər ürəyin ürəyininBəndi sayır illər boyu...

Düymələr var yer üzününYaxasında düzüm-düzüm.Külə dönmüş Kərəm kimiQorxusu var ömrümüzün.Orda gəzən barmaqlarıToxunmamış kəsim, üzümDünyamızın yaxasınaÇiçək taxım, şeir düzüm.Əgər vicdan zəlzələsiQoparmasa şair sözüm,Dünyanı yox, ürəkləriYandırmasa odum-közüm,Mən hamının əvəzinəÖzüm yanım, gərək özüm.Mən hamının ağrısınaƏzabına filtək dözüm,Bu meydanda söz döyüşsün,Söz əlləşsin illər boyu.Qoca dünya şeir kimiGözəlləşsin illər boyu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets