Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!

Yüzlərlə nazlı yar ola, könlüm səninlədir,Olsan nə yerdə, mən yenə həmxanəyəm sənə.

Canan da böylə cövr edər öz mübtəlasına?Sən zülmkarsan, demə, cananəyəm sənə.

Şövqi-ləbinlə eyləyəli badə tərkini,Sərməst gözlərin kimi məstanəyəm sənə.

Ancaq kəməndi-eşqə giriftar olan bilir,Zülfün qəmində mən necə divanəyəm sənə!

Göstərmə gül cəmalını, yandırma könlümü,Qoy bilməsinlər, eşqdə pərvanəyəm sənə.

Eşq aləmində mən də sədaqətli Vahidəm,Hər bir işimdə doğru və mərdanəyəm sənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love