Nədən yaraşmadım, ey yari-mahiparə, sənəKi, bəlkə, xəlvəti əğyar edib işarə sənə?

O gül cəmalını, bilməm, nə üzlə vəsf eləyim,Günəş deyim, gözəlim, ya deyim sitarə sənə?!

Sənin gözəlliyinin mən də çoxdan aşiqiyəm,Nə xəlvəti demək olmur, nə aşikarə sənə.

Kəməndi-eşqdən, əlbəttə ki, xilas olmaz,Bu zülf ilə vurula hansı bəxtiqarə sənə.

Cavanlıq aləmidir, indi dil verən çox olar,İnanma, eyləyə müşkül günündə çarə sənə.

Rəqibdən özünü gözlə, şənin əksiltmə.Kənardən eləyər qeyrilər nəzarə sənə.

O gün dedim sənə, Vahiddən əl götür, əfsus,Həmin sözü deyirəm indi mən dübarə sənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love