Könül, əsir olalı, zülfi-yarə hər ikimiz,O gündən olduq əcəb, bəxtiqarə hər ikimiz.

Nə qəm, əhatə bizi etsə əşk tufanı,Xilas olub çıxarıq bir kənarə hər ikimiz.

Bu mahiparələr eşqindən əl çəkən deyilik,Bu yolda olsaq əgər parə-parə hər ikimiz.

Mənimlə eşqdə, guya ki, bülbül həmdəm olub,Gələndə bir gəlirik ahü zarə hər ikimiz.

O öz gülüyçün edir nalə, mən nigarım üçün,Bu növü gəlmişik axır qərarə hər ikimiz.

Şəm içrə yanmağı pərvanə dərs alıb məndən,Odur ki, mailik eşq içrə narə hər ikimiz.

Bu əhdi eyləmişəm, Vahid, öz nigarım ilə:Çıxanda birgə çıxaq laləzarə hər ikimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love