Sənsiz yerim behişt ola, qəmxanədir mənə,Kim aşina deyil sənə, biganədir mənə.

Hər kəs ki, payibəndi-səri-zülfün olmasa,Yüz aqiləm desə, yenə divanədir mənə.

Şövqi-rüxünlə şəm kimi yandım hər gecə,Həmdəm sirişki-çeşmlə pərvanədir mənə.

Abi-həyatı bir belə zahid ki, vəsf edir,Ləli-ləbin yanında bir əfsanədir mənə.

Eşq aləmində bunca bəlalər ki, çəkmişəm,Məqsəd təvafi arizi-canadir mənə.

Zülfünlə olsa, eyləməz aşüftə könlümü,Düşmən o zülf içində gəzən şanədir mənə.

Vahid! Cahanda baqi qalan eşq mülküdür,Ondan qalan nə varsa da, viranədir mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love