Tənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.

Pərişan zülfünə bağlandı könlüm cəmikən, ey məh,Olub aşüftə könlüm gör necə xanəxərab oldum!

Görüb ləli-ləbin rəngin meyi-əhmarə meyl etdim,Şərabü şərbəti-ləlin içib, məsti-şərab oldum.Olubdur məhrəmi kuyin rəqibi-divvü surətlər,Nədəndir, cənnəti-eşqində mən əhli-əzab oldum.

Dedim, vəslə yetən əyyami kami-dil olur hasil,Vüsalın firqət oldu, bəh nə yaxşı kamiyab oldum?!

Tökübsən xəncəri-müjgan ilə qanımı, ey zalım,Tərəhhüm eylə, sərtasər bu rəng ilə xəzab oldum.

Təriqi-şeri öyrəndim cahanda piri-Vaqifdən,Əcəb həngamədir, Vahid ki, mən hazırcavab oldum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love