Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə,Nə türfə cavansan!Ağzın kimi yox qönçə, yanağın kimi lalə,Gülzari-cinansan!Görsə üzünü məh yetər, əlbəttə, zəvalə,Xurşidi-cahansan!Heç bəndə sənə olmaya, yarəb ki, həvalə,Sən afəti-cansan!Söz yox ki, bu zənəxdanəvü ruxə, xətü xalə,Xubluqda əyansan!

Dibaçeyi-lövhi-qələmə katibi-qüdrətYazmış səni əvvəl.Heç adəmə üz verməmiş əsla belə surət,Pürzinətü seyğəl,Zülfün sözü hər nüsxədədir, ey pəri tələt,Bir şərhi-mütəvvəl.Göydə yetirir müttəsil ayə, günə, xiclət,Hüsnündəki məşəl.Müjganın urar tənə oxun göydə hilalə,Xub qaşı kamansan!

Rəftari-qədin eylədi sayə kimi pamalŞümşadı çəməndə.Qan ağladır ol qönçeyi-xəndani məhü sal,Ləlindəki xəndə.Sultani-cahan sərvərisən – sahibi-iqbal,Aləm sənə bəndə,Göftarın edər tutiyi-şəkkərşikəni lal,Hər nitqə gələndə.Sən Xosrov olubsan, vəli, hər şəhd məqaləŞirini-zəmansan!

Sənsən, sənəma, cümleyi-xubanə şəhənşah,Yox sən kimi dilbər.Bərqi-üfüqündən ki, üzün bir çıxa nagah,Xurşidə bərabər,Salır özünü ziri-niqabə şəfəqü məh,Manəndeyi-əxtər.Insan ola bilməz bu sifət pak, münəzzəh,Cəm olsa sərasər,Sən cinsi-mələksən yetişibsən bu kəmalə,Ya ruhi-rəvansan?İsna əşərə çakəri-kəmtər ola Vaqif,Sərdaridir əla,Xaki-dəri-evladi-peyəmbər ola Vaqif,Neylər dəxi dünya?Ol gündə ki, həngameyi-məhşər ola Vaqif,Tut daməni-mövla,Fəryadrəsin Heydəri-səfdər ola, Vaqif,Xof eyləmə əsla!Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,Tövfiq bularsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets