Bir yəhər durmadı həsrət belində
Bir yəhər durmadı həsrət belində,Bir qəpik qalmadı yolçu əlində,Yenə qarğış gəzir insan dilində,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...
Deyəsən ölümün məndə gözü var,Bəlkə də deməyə qardaş sözü var,Elə bil sinəmdə dəvə dizi var,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...
Üzük var, taxmağa bir barmağım yox,Yollar var, ayaqsız yol yormağım yox,Yamaq vurmağa da öz bayrağım yox,Nə yaman ağırmış bulud kölgəsi,İçimdə qaralan köçəri səsi...
1987
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bir-yeher-durmadi-hesret-belinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Eyâ şîrîn ne hüsrevsin ki şîrîn cân sana şeydâEyâ şîrîn ne hüsrevsin ki şîrîn cân sana şeydâCemâlün çâşt-ı sultânî uzun saçun şeb-i yeldâ
GərəkDünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı