Hələ gülmə, gülməyinə çox qalıb
Hələ gülmə, gülməyinə çox qalıb,“Hə” deməyə hələ neçə “yox” qalıb,Kaman yerdə, göydə hələ ox qalıb,Bu dünyanın tünlüyündən bezikmə,Tünlük bizi hər tərəfdən sıxıbdır,O dünyada ruh ruh üstə çıxıbdır...
İnsan oğlu gördüyünə söz deyib,Kor olsa da, gözlərinə göz deyib,Tanrı ömür verib sonra döz deyib,Təklik özü tək qala bilmir daha,Evimizi tünlük yaman yıxıbdır,O dünyada ruh ruh üstə çıxıbdır...1986
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-hele-gulme-gulmeyine-cox-qalib
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin yalqızlığın məndə də varmış,Çoxluğun, azlığın məndə də varmış,
Beynimdə sərin yer tapa bilmirəmBeynimdə sərin yer tapa bilmirəm,Bir fikir dincələ bilmir beynimdə,
Məni mütləq tapacaqlarMəni mütləq tapacaqlarDalımca mələk salıb,
Bu dünya görüş yerimizmişBu dünya görüş yerimizmişhəyat dediyimizlə.
Poems by other poets
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
OynaşırKatiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.