Bu yazıq, bu yetim isti
Bu yazıq, bu yetim isti,Bomboş, sonsuz səhrada,Nə Allah var, nə də doğru,Nə bir ağac arada.
Nə yalan var, nə əyləncə,Nə bir ümid yeri var,Burda biryolluq bağlanıb,Hətta ah keçən yollar.
Burda min il kəsilməyib,Cücü-mücü havası,Bu heçlikdə göz oxşayır,Siçan-miçan yuvası.
Bu düzənlik düzlük deyil,Yerin bir hissəsidir,Kiminsə sonsuz sevinci,Kiminsə qüssəsidir...
1995
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bu-yaziq-bu-yetim-isti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey dil, barı meyxanə sarı bir güzər eylə
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,