Bura buradır, başqa yer deyil
Bura buradır, başqa yer deyil,şeirlərimin itən yeri də,tapılan məskəni də buradır,o tindən bu tinə qədər bir yer,bu yerin üstündəki ev,evin içindəki diriliyim,nəfəs almağım,su içməyim,havam, çörəyim, ömrüm,ömrümün sözlərə,sözlərim şeirlərə düzülüb,günahlarımı yumaq istəməyi,məni öz xəcalətimdən çıxarıb,bura, ancaq bura bağlamağı,məni burda saxlamağı ki,işdən-gücdən qalmayım mən,bu tinlə o tin arasında uçan sözlərmənə dəyib, bu dəftərə düşsünlər...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bura-buradir-basqa-yer-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
1Mən bir yüksəlişin sevdasındayam,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin