Gözlərim aydın olmaq istəyir,xoş xəbərinyalanı da gəlib çıxmır...Ürəyim açılmaq istəyir,dil gəl ki, qarşısındaaçılıb çıxmağa bir şey, kimsə yox...çoxdan bəribir Allah bəndəsimuştuluq ala bilməyib məndən...Qaranlıqda qara qarğa kimigörünməz olmuşam.Vallah,dediklərim giley, ahu-zar deyil.Ancaq bu üzlə də ölmək istəmir adam.Üz gülə-gülə,bu dünyadan bir-iki şad xəbərləgetmək istəyirsən o dünyaya...

1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets