Hara baxır, nəyə baxırO zirvədən top palıdlar?Bəlkə gözlərində ümid,Bəlkə balta qorxusu var...

Aşağıda gömgöy aran,Hələ yaydan saralmayıb,Qış da hələ uzaqdadır,Yollar qardan daralmayıb.

Bilmək olmur nə cücərir,Sular hardan-hara axır,Zəhərlənmiş bu dünyada,Qarışqalar hardan çıxır?

Meşələrin, düzlərin dəÖmrü-günü bəlalıdır,Qış yuxusundan oyananAyılar cüt balalıdır...

Unudursan gördüklərin,Hayanda, hansı eldədir,Görürsən ki, top palıd da,Göy aran da bir əldədir...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets