O yay, hər gecə,Bakının kimsəsiz küçələrindəbir marş çalınardı!O səslənən kimiBayıldan Qaraşəhərə qədərhamı bilərdi ki,mən,dost-aşnadan ayrılıb,sərxoş, müdrik bir niyyətləözümü asmağa gedirəm...İndi bəzən,əlim ağırbazardan geri dönəndə,qapısı bağlanan kimi liftimizin,yenə qəflətən səsə gəlir bir orkestr,mavi marş çalınır.Mavi marş çalınırmənonuncu mərtəbəyəqalxana kimi...

1971

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets