Salam, sulu qar, salam,Şükür, istidir evim,Nağıldan boylanırlarSimurq quşumla devim.

Xəşil bulayır nənəm,His verir neft lampası,Süfrədə göz oxşayır,Dəmir qabda manpası.

Anam çağırır məni,Ən doğma səsdə adım...İlahi, uşaqlıqdanMən neçin yadırğadım?

Dayım durub qapıda,Dolaşıqdır dediyi,Gözlərində sevinc var,Ağzında araq iyi.

Sən demə, AlmaniyaMəğlub olubmuş bizə...İndi isə sulu qarYağır yerə, dənizə.

Salam, sulu qar, salam,Gözlərim xumarlanır,İçimdə his verərəkBir neft lampası yanır...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets