Daha nədən,kimdən yazım?Qürbət elin vağzalında,yarı ayıq,yarı xoflumürgü vuranzənci kimiyəm.Cibimdə pul,ürəyimdə vətən sözü,gözlərimdə vətən özü,öz üstümdə vətən gözü yox.Aldanmıram, uymuramneçə aydır, bəlkə ilpəncərə işığına,Xəzər sahilindəki,dildə ev dediyimizqapılı-pəncərəlibu yalçın qayalara.Neçə ildir Bakıdagözümə dəymir mənimrahat nəfəs alan kəs.Bəlkə var,Allah bilir,kim bilir, bəlkə də var...Baxıram, yorğun-yorğunfınxırırlar arabirarabadan açılıbfaytonlara qoşulmuşbu əsilsiz yabılar...1971

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland