Yusif SəmədoğlunaÜzüm-gözüm quma batıb,Başım hara düşüb yatıb?Ayaqlarım göylə gedir,İzim buludlarda itir...Əllərim at yalı hörür,Gözlərim zülmətdə görür!Bu bir şeytan əməlimi?Son mənzilin təməlimi?Qağa, göylərə uçmuşdum,İki ağ qanad açmışdım,Biri dəydi başdaşına,Düşdüm, dolanım başına...1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets