Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün
Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün,Eylədi bir növcavanı xak ilə yeksan bu gün.Oldular matəm tutub xəlqi-cahan giryan bu gün,Getdi bu dari-fənadan döndü çün dövran bu gün.Rəkli xanın sevgili fərzəndi ol Livan bu gün.
Qopdu bir şivən sanasan çərxi-dövran ağladı,Dözməyib bu möhnətə canı olan qan ağladı.Xaçpərəstlər hər nə var, cümlə müsəlman ağladı,Necə dil tutsun deyim bir hal ilə xan ağladı,Atəşi-əfğanə yandı, külli Gürcüstan bu gün.
Cəm edib dörd yanına Gurgin xan mirzaləriBir-birilə danışır hər bir keçən sövdaləri,Sındırıb düşmənləri, kor etdiyin ə’daləri,Yada düşdükcə çıxar fəryadü vaveylaləri,Eylə sanır xəlqi-aləm qopdu bir tufan bu gün.
Bu müsibət məhşərində ol Dedunalı görün,Zəxmi-naxun, sinədə üzdə sirişk alı görün,Fərş olub torpağa üz, bihuşü pamalı görün,Naleyi-zarü fəğanı, böylə əhvalı görün,Daş ola ağlar, necə tab eyləsin insan bu gün.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-ah-kim-gor-neyledi-bu-gerdisi-dovran-bu-gun
More by this author
Həbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdəKönül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmişMənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
Poems by other poets · Fate
Qəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Səadətnamə, 104فعل حق را دگر ز کور دلیغرضی خاص کرد معتزلی
Ey könül! Min namə yaz bir gülüzarın eşqinəEy könül! Min namə yaz bir gülüzarın eşqinə,Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.