Bahar nə xoş gəlir, ruha dad verir.Xəyala, duyğuya qol-qanad verir;Var olsun şerimiz, şairlərimiz! –Hər gülə, çiçəyə təzə ad verir.Çıxır dağ döşünə körpə quzular,Tərlanın səsini əks edir sular.Səhər yuxusundan ayıldır məniSinəmə sığınayan böyük duyğular.Könül dinc durmayır, oynayır yenə,Əzəldən aşiqəm həyat şerinə;İlk dəfə oğlumun əlindən tutubÇıxmışam səhərin tərlan seyrinə.Ölümə can vermə ölsən baharda,Könül müqaddəsdir, qalmasın darda;Baharın eşqiylə çıxır yuvadanBalası dalında qarışqalar da.Yaşıl köynəyini geyinir meşə,Yaxama quş kimi qonur bənövşə;Qoy məndən dərs alsın qoca təbiət,O da könlüm kimi gülsün həmişə.Bahar nə xoş gəlir, ruha dad verir,Xəyala, duyğuya qol-qanad verir;Var olsun şerimiz, şairlərimiz! –Hər gülə, çiçəyə təzə ad verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring