Gəlin dostlar, məclis quraq mənim bağımda,Araq deyil, şərab deyil, sadə çay içək.Açılmamış bir kitab var can otağımda,Varaqlayaq, bir çoxunun üstündən keçək…

Yox! Oxuyaq bu kitabı qoy varaq-varaq,Mən sənətkar olmamışam sir saxlamaqda…Ürəkdəki bağlı bir söz kimə qalacaq?Bilirsiniz fitrətimi mənim bu haqda.

Gəlin dostlar! Mənim könlüm dönməmiş sizdən,Bağımdakı tut ağacı bir alaçıqdır.Məhəbbətlə tutacağam əllərinizdən,Qəlbim kimi üzünüzə qapım açıqdır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets