Sənət ustasına
Mən onu ilk dəfə gördüyüm zaman
Sıxdım məhəbbətlə titrək əlini;
Oxudum mənalı baxışlarından
Xəyalın, sənətin tunc heykəlini.
Qəlbi də, fikri də gün kimi aydın,
Onda təbiətin mənası vardı.
Ey sənət ustası! Sən olmasaydın
Günəş ilhamıma soyuq baxardı.
Ey hava dalğası, ağzını bir yum!
Dayanın, car çəkən başsız küləklər!
A dostlar, su verin mənə bir udum,
Sinəmi yandırdı bu acı xəbər.
Bizim Maksimi də cərgədən aldı
Yenirkən ölümün qara pəncəsi.
Sanma ki, şam kimi sönüb qaraldı,
Əsrlər boyunca o sənət səsi
Çalacaq təblini göy dalğalarda,
Çiçəklər solmayır bizim baharda
Ayağa qalxsın dab u dağ, bu dərə,
Buludlar sallasın öz yaylığını;
O sənət dostuna – böyük rəhbərə
Yetirin şairin baş sağlığını…
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-senet-ustasina
Use ← → keys to move, R for a random poem
More by this author
Mənəm bu dünyada bəlalar çəkənNakişi, naşükür insan əlindən.
İllər, qərinələr keçirsə aləmİllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.
SənətDüyünlü dağları kökündən vuranƏmək cəbhəsində amansız duran,
Dilcan dərəsiYenə gördüm səni, Dilcan dərəsi,Yadıma çox köhnə zamanlar gəlir.
Poems by other poets · Nature and spring
Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
SəninçünO gün ki hicrana uğradı yolum,Qırıldı qanadım, qırıldı qolum.
Payız nidasıSənə də qar yağdı, güvəndiyim dağ!Sən də örənidin, a yaşıl yamac!
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər