Torpağın tələbi
Şairim! Qələmi götür də dinlə,
Bir yeni dastan yaz öz əllərinlə!
Dünyanın qoca bir şahidiyəm mən,
Örtülü qız kimi qaçıb gizlənən,
Dilsiz əsrləri yarıb keçmişəm,
Günəşdən payımı mən də içmişəm.
Başım dəfələrlə düşdü qorxuya,
Gözlərim getmədi şirin yuxuya.
Döyüşlər səslənir qulaqlarımda...
Mənim durna gözlü bulaqlarımda,
Qanli süngüsünü yudu çoxları.
Başımın üstündə düşmən oxları,
Fırlana-fırlana sancıldı yerə,
Xələtlər payladım hər cahangirə.
Yaşıma dolduqca qanlara doydum,
Hər daşın altında bir oğul qoydum.
Ah... o qılıncları, o qalxanları
Sinəmin üstündən axan qanları
Nəsildən-nəsilə verdim yadigar
Üstü zər yazılı bir keçmişim var!
Üstümə hər gələn bac aldı keçdi.
Yaşım döyüşlərdə qocaldı keçdi
Eşitsin nəslimiz məndə nələr var,
Məndə həqiqətlər, əfsanələr var!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-torpagin-telebi
Use ← → keys to move, R for a random poem
More by this author
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,Böylə bir düstur qocalmış ideal olsun gərək!
DağlarYenə nə durursan pəhləvan kimi,Çirməyib qolunu mərdanə, dağlar!
AnaPək çocuqdum yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.
Bizim dağlarınDün oxdum şerini, düşdü yadımaGülümsər dövranı bizim dağların.
Poems by other poets
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,