خیز تا رخت دل براندازیموز پی نیکوئی سر اندازیم

با حریفان درد مهرهٔ مهربر بساط قلندر اندازیم

دین و دنیا حجاب همت ماستهر دو در پای دلبر اندازیم

دوست در روی ما چو سنگ انداختما به شکرانه شکر اندازیم

مردم دیده را سپند کنیمپیش روی بر آذر اندازیم

گرچه از توسنی چو طالع ماستما کمند وفا دراندازیم

گر بدین حیله صید شد بخ‌بخورنه کاری دگر براندازیم

تا کی از غصه‌های بدگویانقصه‌ها پیش داور اندازیم

شرح این حال پیش دوست کنیمسنگ فتنه به لشکر اندازیم

تحفه سازیم جان خاقانیپیش خاقان اکبر اندازیم

Gəl, ürəkdə hər nə varsa, göstərək,
Yaxşı insanlar yolunda baş verək.
Mehribanlıq eyləyək dərd əhlinə,
Var-yoxu dərvişə təslim eyləyək.
Etməyə qurban o nazlı dilbərə,
Bizdə ancaq din qalıb, bir də ürək.
Yar bizi görcək, daş atdı, biz isə,
Qənd ataq, ehsanına "əhsən" deyək!
Hüsnünə göz dəyməməkçin, biz oda,
Gəl, üzərlik yox, tökək gözdən bəbək.
Çapsa da tale atın bizdən kənar,
Biz vəfanı bir kəməndə döndərək.
Ovlasaq bu fənd ilə, əla olar,
Tutmasa baş, başqa bir tədbir gərək.
Çoxmu bədxahlar əlində xar olub,
Yalvaraq, hakim bizə etsin kömək,
Daşlayaq, fitnə bizə çəksə qoşun,
Dost tapaq, dərd sahibinə dost gərək!
Canını Xaqaninin gövhər kimi,
Biz böyük xaqana töhfə göndərək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love