آخر چه خون کرد این دلم کامد به ناخن خون او
آخر چه خون کرد این دلم کامد به ناخن خون اوهم ناخنی کمتر نگشت اندوه روز افزون او
دل خاک آن خون خواره شد تا آب او یکباره شدصیدی کزو آواره شد خاکش به است از خون او
از جور او خون شد دلم وز دست بیرون شد دلمدر کار او چون شد دلم چون کار کرد افسون او
کردم حسابش جو به جو در دستخون دیدم گروجوجو شد از غم نو به نو بیروی گندمگون او
پیرامن کویش به شب خصمان خاقانی طلبهرجا که گنج است ای عجب ماری است پیرامون او
Bilmirəm ki, könlüm düşüb nə dərdə, axıb, dırnağımı boyadı qanı,
Dərdim azalmadı dırnaq qədər də ömrümün kədərlə keçdi hər anı.
Qəlb o qaniçənin oldu torpağı, soldu gözəlliyi, soldu novraqı;
Bir ovtək sərgərdan gəzirkən dağı, qanıyla gülüstan etdi səhranı.
Urəyim o hüsnə uyandan bəri, sitəmdən, cəfadan qandır hər yeri,
Qəlbimi incitdi o gözəl pəri, əfsunla könlümün oldu sultanı.
Anladım işindən fıkrini bütun, oyunda hər zaman o gəldi üstün,
Təzə bir qəm verdi dilbərim hər gün, üzünün həsrəti əritdim canı.
Xaqani, gecələr rəqiblədir yar, onunla bir yerdə görünür əğyar;
Deyirlər: harda ki, bir xəzinə var, üstündə qıvrılıb yatar ilanı.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-293
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan