از زمانه منال خاقانی
از زمانه منال خاقانیگرچه در غربتت منال نماند
که زمانه هم از تو نالان ترکه کرم را در او مجال نماند
قفل پندار برکن از در دلکه تو را عشوهٔ نوال نماند
فارغ آنگه شود دلت که در اودیو پنداشت را خیال نماند
تکیهگاه نصیب بعد الیومجز بر اکرام ذو الجلال نماند
خواجگان را به انفعال برانکه در ایشان جز افتعال نماند
ماتم خواجگان رفته به دارکز درخت کرم نهال نماند
ای خراسان تو را شهاب نزیستوی صفاهان تو را جمال نماند
گر سگالش کنی به هفت اقلیمیک کریم سخا سگال نماند
سفلگان را و راد مردان راکار بر یک قرار و حال نماند
هر که را مال هست، همت نیستهر که را همت است، مال نماند
Xaqani, dövrdən etmə şikayət,
Oldusa qürbətdə hər işin pamal.
Zəmanə səndən də yazıq gündədir,
O, kərəm etməyə tapmayır macal.
Qürur qıfilmı qəlbindən götür,
Səndə öyünməyə qalmamışdır hal.
O zaman ürəyin rahat olar ki,
Onda qürur divi olmasın xəyal.
Bircə ümmid qalıb - Öləndən sonra,
Bizə dayaq olsun rəbbi-zül-calal.
Utandır, yola sal ağaları sən,
Yalandan başqa yox onlarda kamal.
Ölən ağalara, gəl, matəm saxla,
Kərəm ağacından qalmamış nihal.
Söylə, ey Xorasan, Şəhabın hanı?
Söylə, ey Isfahan, nə oldu Camal?
Axtarsan bu yeddi iqlimi əgər,
Tapmaq kərəm əhli olmuşdur mahal.
Nə alçaq adamda, nə cavanmərddə,
Deyil öz yerində nə hal, nə əhval.
Kimdə dövlət varsa, hümməti yoxdur,
Kimdə hümmət varsa, yoxdur onda mal.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qite-99
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Gülün fədası olan bülbülün nəvasına baxGülün fədası olan bülbülün nəvasına bax,Üzari-yarı sevən aşiqin səfasına bax!
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.